10.01.2013 [10:02] - Gündəm, Siyasət
Ermənilər işğal altındakı Azərbaycan ərazilərində çayları zəhərli maddələrlə çirkləndirdiklərini etiraf ediblər.
Ermənistanda nəşr olunan “Lragir” qəzeti yazır ki, qarabağlı jurnalist Armine Narinyan tərəfindən “Facebook” sosial şəbəkəsində Sərsəng su anbarında balıqların kütləvi ölməsi barədə xəbər yayılıb.
Balıqların məhv olmasına isə Qarabağda faydalı qazıntıları istismar edən “Beytz Metal” (Base Metals) şirkətinin (“Valleks” şirkətləri qrupu) Drmbon yatağında qızıl-mis emalı zamanı sianidləri çaya buraxması səbəb göstərilir. Ətraf kəndlərdə yaşayan yerli əhali də faktı təsdiq edib.
Məlumatda həmçinin bildirilir ki, “Beytz Metal” şirkətinin direktoru artıq Drmbon yatağında ehtiyatların tükənmək üzrə olduğunu bildirib. Şirkət 2015-ci ildə Ağdərədəki Caxkaşen adlı başqa bir yataqda işlərə başlamağı planlaşdırır.
Qeyd edək ki, Sərsəng su anbarına toplanan su buradan Tərtər çayı vasitəsi ilə Kür çayına axır.

Bu xəbər oxucular tərəfindən 1240 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |