01.04.2022 [10:56] - Xəbərlər, Sosial
Bölgələrdə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlər keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) saytına istinadla xəbər verir ki, Ağsu şəhər mədəniyyət sarayında keçirilən tədbirdə DQİDK-nin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Ağsu Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Təhmasib Məhəmmədhüseyin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliyinin direktoru Məhəmməd Priyev, rayonun Heydər Əliyev Mərkəzinin əməkdaşları, ictimaiyyət nümayəndələri və fəal gəncləri iştirak ediblər.
Şirvan şəhərində fəaliyyət göstərən din xadimləri isə soyqırımı günü ilə əlaqədar şəhərdəki Şəhidlər xiyabanını ziyarət ediblər. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Hacıqabul və Salyan rayonlarında da anım tədbirləri keçirilib. Anım mərasimlərində adıçəkilən rayonların rəhbər şəxsləri, din xadimləri, DQİDK-nin Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, şöbənin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Siyəzən rayonunda da anım mərasimi keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, müəllimlər və şagirdlər iştirak ediblər.
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Masallıda keçirilən tədbirdə isə DQİDK Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini işin təşkilatçısı Abbas Abbaszadə, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının müəllim və tələbələrinin iştirakı ilə Ağcabədidə anım tədbiri keçirilib.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, Sumqayıt şəhərinin din xadimləri və dini icma sədrləri 31 Mart – Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsini anıblar.
Çıxışlar zamanı erməni daşnaklarının tarix boyu Azərbaycan xalqına qarşı törətdiyi etnik təmizləmə, deportasiya və soyqırımı siyasətindən danışılıb. Qeyd edilib ki, bu soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, evləri yandırılıb, əmlakları qarət olunub.

Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |