Şrift:
Türkiyə Super Liqası: “Trabzonspor” – “Beşiktaş” görüşü heç-heçə başa çatıb
04.04.2022 [09:11] - Gündəm, İdman
Aprelin 3-də futbol üzrə Türkiyə Super Liqasında XXXI turun mərkəzi görüşü "Trabzonspor" və "Beşiktaş" komandaları arasında keçirilib.

"Şenol Güneş" stadionunda təşkil olunmuş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

Matçın 56-cı dəqiqəsində meydan sahiblərindən Andreas Kornelius hesabı açıb. Qarşılaşmanın 68-ci dəqiqəsində Mişi Batşuayi penaltini dəqiq yerinə yetirə bilməsə də, 71-ci dəqiqədə komanda yoldaşı Valentin Rozye bərabərliyi təmin edib. Görüşün 80-ci dəqiqəsində isə Kayl Larin qırmızı vərəqə alaraq, qonaqları azlıqda qoyub.

Bununla da xallarını 71-ə çatdıran "Trabzonspor" birinci, 47 xala malik "Beşiktaş" 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, bu, "Beşiktaş"ın yeni baş məşqçi Valerien İsmaelin rəhbərliyi altında ilk matçı olub.
Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed