04.04.2022 [09:15] - Gündəm, İdman
Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatında təmsilçilərimiz inamlı çıxışlarını davam etdirirlər.
Şahmatçılarımızdan Misrətdin İsgəndərov, Abdulla Qədimbəyli, Qədir Hüseynov 8 turda 6 xal toplayaraq 3-5-ci pillələrdə qərarlaşıblar. Aktivlərində 5,5 xal olan Eltac Səfərli, Vasif Durarbəyli, Nicat Abasov, Vüqar Əsədli də medal uğrunda mübarizəni davam etdirirlər. Yarış cədvəlinə isə aktivində 7 xalı olan almaniyalı Matias Blubaum başçılıq edir.
İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir. Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir. Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq.

Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |