Şrift:
“Traxtur”un oyununda türk dilinə qadağalara etiraz edildi
04.04.2022 [09:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bazar günü axşam Təbriz vaxtilə saat 20:30-da qarşılaşma güney azərbaycanlı azarkeşlərin fəallığı yadda qalıb.

Qarşılaşmanın 15-ci dəqiqəsindən başlayaraq Təbrizin “Səhənd” stadionuna toplaşan azarkeşlər milli şüarlar səsləndirb.

“Türk dilində mədrəsə, olmalıdır hər kəsə” şüarı səsləndirən "Traxtur" fanatları ilə İranda türk dilinə qarşı qadağalara etirazlarını bildiriblər.

Qeyd edək ki, “Traxtur” türkiyəli baş məşqçi Ərtoğrul Sağlamın rəhbərliyi ilə 13 həftədən sonra ilk qələbəsini qazanıb.

Hesab oyunun 37-ci dəqiqəsində açılıb. Qolu rəqib qapısına "Traxtur"un hücumçusu Məhəmməd Abbaszadə vurub.
Bu xəbər oxucular tərəfindən 2448 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed