05.04.2022 [09:35] - Xəbərlər, Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Cozef Bayden arasında 2021-ci ilin oktyabrında Romada keçirilmiş görüşdə əldə edilən razılaşmaya uyğun olaraq Türkiyə-ABŞ Strateji Mexanizminə aprelin 4-də Ankarada start verilib.
Bu barədə iki ölkə tərəfindən qəbul edilən ortaq açıqlamanı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Bildirilir ki, Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal və ABŞ dövlət katibinin siyasi işlər üzrə müşaviri Viktoria Nulandın rəhbərliyi ilə iki ölkəni təmsil edən heyətlər arasında keçirilmiş görüşdə iqtisadiyyat və müdafiə sənayesi sahəsində əməkdaşlıq, terrorla mübarizə, regional və qlobal məsələlər daxil olmaqla tərəflər üçün qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Türkiyə və ABŞ Ukraynanın ərazi bütövlüyü ilə bağlı ortaq mövqelərini yeniləyiblər. ABŞ tərəfi Türkiyənin məlum savaşa ədalətli və diplomatik bir həll axtarmaq məqsədilə sərgilədiyi səyləri məmnuniyyətlə qarşılayıb.
ABŞ Ticarət Nazirliyinin müşaviri Marisa Lago Strateji Mexanizmin iqtisadiyyat və ticarət sahələrinə aid əməkdaşlığı genişləndirmək məqsədilə aprelin 5-də Ankaraya iki günlük səfər edəcək.
Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində Xarici işlər nazirləri səviyyəsindəki görüşün bu il keçirilməsi nəzərdə tutulub.

Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |