Şrift:
Avropa çempionatı: Şahmatçımız Abdulla Qədimbəyli ikinci pilləyə yüksəlib
05.04.2022 [09:41] - Gündəm, İdman
Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatında təmsilçilərimiz inamlı çıxışlarını davam etdirirlər.

9-u turda çexiyalı David Navaranı məğlub edən şahmatçımız Abdulla Qədimbəyli 7 xalla ikinci pilləyə yüksəlib. Aktivlərində 6,5 xal olan Misrətdin İsgəndərov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov 5-19-cu yerləri bölüşürlər.

Yarış cədvəlinə 7,5 xalla almaniyalı Matias Blubaum başçılıq edir.

İsveçrə sistemi üzrə təşkil olunan yarış 11 turdan ibarətdir. Turnirin ümumi mükafat fondu 100 min avro təşkil edir. Qitə birinciliyinin nəticələrinə əsasən, 20 şahmatçı 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanacaq.
Bu xəbər oxucular tərəfindən 820 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed