05.04.2022 [09:42] - Gündəm, İdman
Güləş üzrə daha bir Avropa çempionatı geridə qaldı. Ötən həftə Macarıstanın paytaxtı Budapeştdə keçirilən qitə birinciliyi Azərbaycan güləşi üçün rekord nəticələrlə əlamətdar oldu.
Sərbəst güləşdə baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 10 idmançımızdan 7-si fəxri kürsüyə qalxdı. Maqomedxan Maqomedov (97 kq) debütdəcə Avropa çempionu oldu. Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramovla (74 kq) Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazandılar. Ümumilikdə 1 qızıl, 4 gümüş və 2 bürünc medalla yarışı başa vuran millimiz 159 xalla komanda hesabında Avropa çempionu oldu. Bu, yığmamızın tarixində 3-cü Avropa çempionluğu tituludur. Daha əvvəl 2009-cu və 2017-ci illərdə keçirilən analoji yarışlarda da bu növdə Avropa çempionu olmuşduq.
Qadın güləşində baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında ölkəmizi cəmi 3 idmançı təmsil edirdi ki, onların üçü də fəxri kürsüdə yer ala bilərdi. Türkan Nəsirova (50 kq) və Alyona Kolesnik (59 kq) bürünc medal görüşündə məğlub oldusa, Elis Manolova (65 kq) Avropa ikincisi oldu. Bu, E.Manolovanın 4-cü Avropa çempionatı medalı oldu.
Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında yarışda iştirak edən yunan-Roma güləşi üzrə millimizin 10 üzvündən 8-i Vətənə medalla qayıdır. Eldəniz Əzizli (55 kq) dördillik fasilədən sonra ikinci dəfə Avropa çempionu oldu. Beləliklə, 6-cı dəfə qitə birinciliyində fəxri kürsüyə qalxan E.Əzizli güləşin klassik növündə ən çox qitə birinciliyi medalı olan idmançımız kimi adını tarixə yazdırdı. E.Əzizlinin hesabında 2 qızıl və 4 bürünc medal var. Bu yarışda Rafiq Hüseynov (82 kq) da rekorda imza atdı. 2011-ci və 2020-ci illərdə Avropa çempionatlarının baş mükafatına yiyələnən təcrübəli pəhləvanımız Budapeştdə də fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Təxminən 1 aydan sonra 34 yaşı tamam olacaq R.Hüseynov indi yunan-Roma güləşində ən çox Avropa çempionu olmuş idmançımız statusunu daşıyır. Digər güləşçilərimizə gəlincə, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazandılar. Komandamız 2 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edərək 165 xal topladı. Tarixində ilk dəfə Avropa çempionu olan yunan-Roma güləşi üzrə millimiz toplanan xallara, medalların sayına və əyarına görə də özünün ən yaxşı nəticəsinə imza atdı.
Yarışda ölkəmizi təmsil edən 23 idmançıdan 16-sı fəxri kürsüyə qalxdı. Bunların 3-ü qızıl, 6-sı gümüş, 7-si isə bürünc medal oldu. Həm medalların sayına, həm də əyarına görə Azərbaycan yalnız Türkiyədən geri qaldı. Tarixdə ilk dəfə iki komandamızın eyni vaxtda Avropa çempionu olması diqqətçəkən məqamdır.
Qeyd edək ki, Budapeştdəki nəticələrdən sonra Avropa çempionatlarında medallarımızın sayı 173-ə çatdı. 52 qızıl, 41 gümüş və 80 bürünc medalla qitədə 8-ci yerdəyik. Macarıstandakı uğurlu çıxış Azərbaycanı 9-cu pillədəki Polşadan (38-66-102) daha da uzaqlaşdırıb, 7-ci pillədəki Ukraynaya (59-82-117) bir qədər də yaxınlaşdırdı.

Bu xəbər oxucular tərəfindən 760 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |