Şrift:
Avropa İttifaqı 2032-ci ilə qədər rouminqin ləğvini təsdiqləyib
06.04.2022 [10:28] - Gündəm, İqtisadiyyat
Avropa İttifaqı (Aİ) son olaraq üzv ölkələr daxilində rouminqin ləğvinin daha on il müddətinə uzadılmasını təsdiqləyib.

Xarici KİV-ə istinadla xəbər verir ki, 2017-ci ildə qəbul edilmiş ilkin normanın hüquqi qüvvəsi bu ilin yayında başa çatmalı idi.

İndi rouminqin ləğvi 2032-ci ilə qədər uzadılıb. Bundan əvvəl bu qərar artıq Avropa Parlamenti tərəfindən, bazar ertəsi isə Avropa İttifaqı Nazirlər Şurası səviyyəsində təsdiq edilib.

Avropa Komissiyasının məlumatına görə, rouminq ödənişli olduğu 2016-cı il ilə müqayisədə 2019-cu ildə mobil məlumatlardan istifadə 17 dəfə artıb.

Aİ-də tətbiq edilən qaydalara əsasən, Birliyin başqa üzv dövlətində olduqda mobil internet tarifinin təyin edilməsi operatorun adi tariflərinə uyğun olaraq həyata keçirilməlidir. İstisna, mobil internet üçün limitsiz tariflərin mövcud olduğu Finlandiya oldu. Bununla əlaqədar olaraq Finlandiyanın mobil operatorları digər Avropa ölkələrində internetdən istifadəyə məhdudiyyət qoymaq hüququ əldə ediblər.
Bu xəbər oxucular tərəfindən 895 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed