Şrift:
Qardaş Türkiyədə səhər yeməyinə xüsusi önəm verilir
08.04.2022 [09:45] - Gündəm, Sosial
Sağlam, ləzzətli və qidalandırıcı olması ilə tanınan türk səhər yeməyi kiçik qablarda şirin və duzlu yeməklərdən, çörək və çaydan ibarətdir. Qardaş Türkiyədə səhər yeməyinə xüsusi önəm verilir.

Türk səhər yeməyinə adətən pomidor çığırtması (menemen) daxildir. Xiyar, pomidor, zeytun, müxtəlif pendirlər, bal, qaymaq, mürəbbə, kərə yağı və sosiska səhər yeməyinin ayrılmaz parçasıdır. Bu səhər yeməyi formasına Türkiyədə “sərpmə kahvaltı” deyilir.

Səhər yeməyinin unikallığı ondan ibarətdir ki, saysız-hesabsız qidalandırıcı təamları ilə bütün ailəni, dostları, qohumları ətrafına toplayır və müxtəlifliyi ilə hər kəsin zövqünü oxşayır.

Türklərdə smit səhər yeməyinin ayrılmaz bir parçasıdır. Küncütlü simit və yumşaq baton çörəyi türk xalqının sevimli qidalarındandır. Xüsusilə, tez yeyilən səhər yeməyi üçün bir dilim pendir və bir simit kifayət edir. Qardaş Türkiyədə həm gənclər, həm də yaşlılar simiti çox sevirlər.

Çay mədəniyyəti

Türkiyədə hər bir “sərpmə kahvaltı” çay və ənənəvi lalə formalı fincanlarla bəzədilir. Çay türklərin həyatına gec daxil olsa da, 5 min illik tarixə malikdir və artıq türk mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib. Çay günün istənilən vaxtı içilir və səhər yeməyinin əvəzolunmazıdır. İnanılmaz səhər həzzinizi tamamlamaq üçün sizə lazım olan tək şey bir fincan gözəl türk çayıdır. Qara dəniz bölgəsindən yığılan çay yarpaqlarından dəmlənmiş çayın əvəzi yoxdur.

Pendir

Ağ pendir istənilən türk səhər yeməyi süfrəsində mütləq olmalıdır, lakin tipik bir türk səhər yeməyinə onlarla müxtəlif növ pendir daxildir. Anadoluda pendir çeşidləri demək olar ki, sonsuzdur: Qars kaşarı, Qars qruyeri, Van otlu pendiri, lor pendir (az duzlu, az yağlı pendir), dil pendiri (saçaqlı təzə süd pendiri) və s.

Zeytun

Səhər yeməyində adətən həm qara, həm də yaşıl zeytun servis edilir.
Bu xəbər oxucular tərəfindən 758 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed