08.04.2022 [09:58] - Xəbərlər, Sosial
Avstriyanın Lints şəhərində məşhur “Bruknerhaus“ mədəniyyət sarayında Azərbaycan muğamları səsləndirilib.
Xalq musiqisinə həsr olunmuş konsertin ilk hissəsində Avstriyanın tanınmış musiqiçisi, tipik Vyana folklor mahnıları ifaçısı Aqner Palmisanonun rəhbərlik etdiyi trio çıxış edib.
İkinci hissədə Əməkdar artist Sahib Paşazadənin (tar) rəhbərlik etdiyi və əməkdar artist Kamran Kərimovla (nağara) gənc balaban ifaçısı Azad Əliməmmədovun daxil olduğu trio səhnəyə çıxıb. Konsertdən öncə tamaşaçılara Azərbaycan muğamları barədə məlumat verilib, Sahib Paşazadə isə Azərbaycan milli musiqi alətləri tar, nağara və balaban barədə danışıb.
Konsertdə “Bayatı-Şiraz“ və “Mahur-hindi“ muğamları, “Sarı gəlin“ xalq mahnısı, milli rəqslər, xalq mahnıları ifa olunub. Beynəlxalq “Şərq təranələri“ festivalında S. Paşazadə və K.Kərimova “Qran-Pri” mükafatını qazandıran “Şur“ kompozisiyası tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsertin zirvə nöqtəsini isə Azərbaycan və Avstriya musiqiçilərinin birgə ifa etdiyi “Şuşanın dağları“ mahnısı olub. “Şuşa ili“ çərçivəsində Azərbaycan musiqiçilərinin ilk dəfə səhnəyə çıxdığı “Bruknerhaus“ mədəniyyət sarayında doğma Qarabağı vəsf edən musiqi səslənib. Azərbaycan və Avstriya musiqiçiləri konsertdə Avstriya xalq mahnılarından birini də ifa ediblər.
Azərbaycan instrumental muğamları avstriyalı musiqisevərlər tərəfindən böyük maraqla qarşılanıb və bu üslubda konsertlərin təşkilinə gələcəkdə tələbat olacağını göstərib. Muğam və milli musiqi nümunələrinin xanəndələrsiz, sırf instrumental üslubda təqdimatı uğurlu alınıb və Azərbaycan musiqiçiləri Avstriyaya səfər çərçivəsində ikinci konserti uğurla başa vurublar.

Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |