10.01.2013 [13:34] - Güney Azərbaycan xəbərləri
2012-ci avqustun 11-də Şərqi Azərbaycan vilayətində baş vermiş zəlzələ bölgəsinə yardım apardığına görə həbs olunmuş Azərbaycanlı fəal bir il azadlıqdan məhrum edilib. Məlumata görə, Səid Şirzad hakimiyyətin əleyhinə təbliğat aparmaqda və İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etməkdə günahlandırılıb. Qərar azərbaycanlı fəalın vəkili Şima Quşəyə təqdim olunub. Hökm 5 il müddətinə keçərli olmaqla şərti azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.
Qeyd edək ki, Səid Şirzad 19 gün həbsxanada qaldıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılıb.
Qeyd edək ki, Səid Şirzad 19 gün həbsxanada qaldıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılıb.
Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |