Şrift:
Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak tənqidlərə məruz qalıb
08.04.2022 [10:04] - Xəbərlər, Siyasət
Böyük Britaniyanın maliyyə naziri Rişi Sunak dövlətin enerjiyə qənaət etməklə vətəndaşlara qiymətlərdə güzəşt etməklə bağlı proqramına qarşı çıxıb.

“İndependent” agentliyinə istinadla xəbər verir ki, dəyəri 1 milyard avro təşkil edən proqram ən yoxsul ev təsərrüfatları üçün enerjinin səmərəliliyinin yaxşılaşdırılması məqasədilə hazırlanıb və bunun üçün büdcədən təxminən 200 milyon funt sterlinq əlavə vəsaitin ayrılması nəzərdə tutulurdu.

Verginin məbləğinin artırılması ilə eyni vaxtda ərzaq və enerji qiymətlərinin yüksəlməsi İngiltərədə 1,3 milyon ailənin yaşayış şəraitini pisləşdirib. Bu da Rişi Sunakı tənqidlərə məruz qoyub.

Digər bir xəbərdə isə, Rişi Sunakın həyat yoldaşını vergidən yayınmaqda günahlandırırlar.
Bu xəbər oxucular tərəfindən 396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed