11.04.2022 [10:26] - Gündəm, İdman
"Sumqayıt"ın özəl azarkeşləri var. Hər dəfə buraya böyük istək və ehtiyatla gəlirik. “Sumqayıt”ın 6 oyunda qələbəsi yox idi. Gözləyirdik ki, istəksiz olarlar. Amma ilk dəqiqələrdən bunun əksini gördük. Sonadək yaxşı dinamika və istək oldu. Oyuna maraq gətirdilər.
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XXII tur matçından sonra mətbuat konfransında deyib.
Əlli yaşlı mütəxəssis xal fərqinə baxmayaraq, hələ ki rahatlaşma hiss etmədiklərini söyləyib: "Daha da istəkli olur, ciddi hazırlaşırıq. Qarşıdakı oyunlarda da inanıram ki, belə olmayacaq. Yaxşı idman forması yığırıqsa, onu qorumaq və daha da yaxşılaşdırmaq lazımdır".
Qurbanov Azərbaycan millisinə rəhbərlik edən Canni De Byazinin yığma haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib: "Bu mənə aid olmayan məsələdir. Hər bir komanda, hər bir kollektivin daxili qaydaları var. Hərəsinin özünə cavabdeh olan insanları var. Söhbətin içində deyiləm və heç bir fikir bildirməyəcəm. Dəfələrlə futbolçularıma bildirmişəm ki, buradakından da intizamlı olsunlar. Onlara tam inanıram".
"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa rəqibi təbrik edərək deyib: “Belə təcrübəli və ustalıq səviyyəsi yüksək olan komandalarla oyunda yaratdığımız və yarada biləcəyimiz epizodlardan yararlanmaq çox çətindir. Hücuma çoxlu oyunçu ilə çıxa bilmək mövqe hücumu deməkdir. Bu isə hazırda istənilən baş məşqçi üçün çox çətindir. Bunun üçün ustalıq səviyyəsi lazımdır. Gərək topu itirməyəsən və futbolçularda inam olmalıdır. Lakin vəziyyət elə gətirib ki, belə hücumlar müdafiədən oynamağa məcbur edirlər. Ola bilər ki, hansısa oyunda müdafiədə səhv buraxmayaq, amma hazırda bu çətindir".
O, Ağdam klubunun kapitanı Maksim Medvedevlə dostluq münasibətlərinin olduğunu söyləyib: "Biz BATE - Qarabağ görüşlərində rastlaşmışıq. Maksim yaxşı dost və futbolçudur. Qara Qarayevdən isə oyun zamanı ayağında hiss etdiyi ağrıların vəziyyətini soruşdum".
"Qarabağ"ın ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsində çıxış etdiyini xatırladan 41 yaşlı baş məşqçi bunun ustalıqdan irəli gəldiyini və sabitliyi göstərdiyini vurğulayıb: "İndi “BATE”, "Sumqayıt” və "Qarabağ" arasındakı oyunları müqayisə etmək düzgün olmaz. Amma hər şey ustalığı göstərir".
Aleksey Baqa meydanda futbol ab-havasının olduğunu bildirərək deyib: "Oyunun vaxtı əlverişli idi. Son günlər Sumqayıtdakı isti hava meydanın ot örtüyünün bitməsi üçün çox yaxşı idi. Bu rəqiblə oyunda belə ab-hava gözləniləndir. Ona görə də bütün azarkeşlərə təşəkkür edirəm"

Bu xəbər oxucular tərəfindən 1032 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |