12.04.2022 [09:10] - Xəbərlər, Siyasət
Aprelin 11-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib.
Agentlikdən bildirilib ki, tədbirdə Agentliyin Layihələrin idarə edilməsi departamentinin müdiri Elnur Bağırlı müsabiqə ilə bağlı məlumat verib.
50-dən çox QHT nümayəndəsinin iştirak etdiyi tədbirdə “Şuşa İli”nə həsr olunmuş xüsusi qrant müsabiqəsində iştirakla bağlı tələblər, Agentliyin QHT-lərdən gözləntiləri, layihələrin təqdim olunma qaydası və müddəti, layihələrin qiymətləndirmə meyarları haqqında məlumatlar iştirakçılara təqdim olunub.
Tədbirin sonunda Elnur Bağırlı və Agentliyin Baş mühasibi Ramiz Əliyev qeyri-hökumət təşkilatlarının müsabiqə ilə bağlı suallarını cavablandırıb.

Bu xəbər oxucular tərəfindən 480 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |