12.04.2022 [09:22] - Gündəm, Sosial
Keçən ilin fevral ayından etibarən Türkiyənin Mərmərə dənizində hər gün artan selik təbəqəsinin mənbəyinin araşdırılması məqsədilə Türkiyə Böyük Millət Məclisinin tərkibində Araşdırma Komissiyası yaradılıb.
Dənizlərdə, xüsusən də Mərmərə dənizində selik probleminin səbəblərini araşdırmaq və alınacaq tədbirləri müəyyən etmək məqsədilə yaradılan komissiya tərəfindən dörd ay aparılan araşdırmanın nəticəsinə dair hesabat hazırlanıb. Hesabatda problemin həlli istiqamətində 17 başlıqda 157 təklif irəli sürülüb. Təkliflər arasında bütün məişət və sənaye mənşəli çirkab suların qabaqcıl bioloji texnikalarla təmizlənməsi ilə Mərmərə dənizinin azot-fosfor yükünün azaldılması prioritet tədbir olaraq hesab edilir.
Tədqiqatlar göstərib ki, Mərmərə dənizində çirklənmənin 76,53 faizi İstanbul, qalanı isə Kocaeli və Bursa vilayətlərindən qaynaqlanır.
Mərmərə dənizinin son 40 ildə sıx ekoloji problemlərin təzyiqi altında olduğuna diqqət çəkən hesabatda qeyd olunub ki, bölgədə əhali sayının artması, intensiv şəhərsalma və sənaye tullantılarının yaratdığı çirklənməyə qarşı təmizləyici qurğuların çatışmazlığı dəniz çirklənməsinin əsas səbəbləridir. Məişət və sənaye tullantılarının dənizə atılması, eləcə də turizm, gəmiçilik və kənd təsərrüfatı kimi fəaliyyətlər də dənizin çirklənməsi səbəbləri arasında göstərilir.
Nəticə etibarilə Araşdırma Komissiyasının hesabatında bütün məişət və sənaye çirkab sularının qabaqcıl bioloji təmizlənmədən keçirilməsi, təmizləyici qurğular vasitəsilə suyun bərpasının təmin edilməsi və bununla da Mərmərə dənizinin azot-fosfor yükünün azaldılması prioritet tədbir kimi tövsiyə olunub.
Xatırladaq ki, keçən ilin iyun ayında bununla bağlı Türkiyədə ən böyük dəniz təmizləmə səfərbərliyi elan edilib.

Bu xəbər oxucular tərəfindən 706 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |