10.01.2013 [14:54] - Gündəm, DAVAMın yazıları
Mehriban Vəzir Elçibəy haqda yazdı
Həqiqətən bu, yaxşı bir dartışmadır. Elçi Bəyin bu il iyunun 24-də 75 yaşı tamam olur. Bu müzakirələr körüklənməli və davam etməlidir. Həqiqət budur. Həqiqət çoxlu həqiqətlərin üzləşməsindən doğmalıdır. Elçi Bəy! Dünya durduqca bu isim Azərbaycanda hallanacaq. Şah İsmayıl Xətai, Nadir şah Avşar, Rəsulzadə sırasında. Bu ad ən uca, ən parlaq, ən siyasi sırada duracaq. Sevənləri və sevməyənləri daim olacaq. Heyranları mədh edəcək, artıq-əskik danışanlar da tapılacaq... Bu, onun şanı-şöhrətidir. Alt yapısı şərəf və ləyaqət olan şöhrət Allahın bəndəsinə lütfüdür. Elçi Bəy ruhu zəncirli bir xalqa Allahın lütfü idi. Bunu bilən bilir.
Elçi Bəyi bilməyənlərin sözləri bilənlərin qəlbinə dəyir. Bilməyənlərin sayı bilənlərdən çox olur. Bilməyənlər hər zamanda, hər məkanda çox olur. Bu da bir həqiqətdir. Bəy özü bu məsələdə rahat və soyuqqanlı idi, belə təsnifat verirdi: “Alqışlayanda, əl üstdə tutanda yaxşıdı, tənqid edəndə pis? Sevgiyə sevinəcəksən, nifrətə dözəcəksən”.
Elçi Bəy ona nifrət edənləri heç qınamırdı da. Onun nifrət etdiyi iki nəsnə vardı: rus və fars ekspansiyası. Diqqət edin: rus və fars deyil, məhz rus və fars ekspansiyası. Onun dəyəri azadlıq idi, milləti idi, vətəni idi. Eyni zamanda milliyyətindən asılı olmayaraq insan idi. Onun həqiqətləri ağılalmaz idi.
Mən bu yazını sevənlərlə sevməyənlərə bir gözlə baxaraq yazmaq istəyirəm. Həqiqi bir elçibəyçi şüuru ilə təhlil etmək istəyirəm. Çətin işdi. Amma bacarmaq istəyirəm.
Dəyişən dünyamızın qəhrəmanı olaraq Elçi Bəyin missiyası demək olar ki, cəmiyyətimizin yarısından çoxunun mənafeyinə zidd idi və təəssüf ki, hələ də zidd olaraq qalır. Yaxşı, bəs 20 il sonra da davam etməkdə olan bu ziddiyyətin kökündə nə durur? Maraqlıdır ki, Elçi Bəyi depressiyaya uğramış, imanı zədələnmiş, haqqı pozulmuş cəmiyyətimizdə anlamaq get-gedə çətinləşir. Orta səviyyəli insanlar bir yana, yaxşı təhsilli Emin Milli üçün belə Elçi Bəyə dəyər vermək çətindirsə, görün iş nə yerdədir. İş həm də o yerdədir ki, bizim cəmiyyətdə öz həqiqətlərini mütləq sayanların sayı durmadan artır ki, bu da kollektiv ağlın tənəzzülünə aparmaqdadır. Napoleon deyirdi ki, bütün ədalətsizliklər düzgün olmayan təhsil sistemindən doğur. Sanıram, çox haqlıdır. Azərbaycan insanı bu günə kimi nə öz ölkəsinin tarixini, nə milli-azadlıq hərəkatlarının tarixini, nə də gəlib keçmiş liderlərini, o cümlədən Şah İsmayıl Xətaini, Nadir şah Avşarı, Rəsulzadəni, Elçi Bəyi düz-əməlli tanıyır. Kommunizmdən sonra gələn heydərizm tarixi həqiqətləri qaralamaq üçün siyasi kömürdür. Bu kömür ictimai şüuru, kollektiv ağlı da qaraltmaqdadır.
Başqa bir ciddi maneədən isə Elçi Bəy belə bəhs edirdi. Deyirdi ki, Azərbaycan ziyalısının 3 şey barədə sistemli biliyi yoxdur. 1. İslam dini . 2. İslam tarixi. 3. İslam fəlsəfəsi. Elçi Bəy əlavə edirdi ki, sovet təhsil sistemi bu sahədə boşluq yaradıb və bu boşluq ziyalımızın təfəkküründə və fəaliyyətində özünü göstərir.
Milli və dini gələnəkləri zədələnmiş, kosmik şüur bağları qopmuş cəmiyyətin məhsulu olmaq ağır faciədir. Həm lider üçün, həm sıravi üçün. Biz hələ ki, bu faciənin içindən çıxa bilmirik. Həqiqətlərdən biri də budur. Zənnimcə, küçəyə çıxıb soruşsaq, böyük çoxluq “bugünkü bəlamızın səbəbkarı Elçi Bəydi” deyəcək. Yaxşı bilirsiniz niyə. Niyə? Heydər Əliyevi hakimiyyətə gətirdi deyə. Niyə? Hakimiyyətdə olanda onu məhv etmədi. Niyə? Ailəsinin, çevrəsinin tozunu göyə sovurmadı. Elçi Bəyə qəzəbin kökündə birmənalı olaraq bu səbəb durur. Haqlı qəzəbdirmi? Digər regionlardan olanların qəzəbi üstdə bir qəzəb də var: naxçıvanlıdır, hamısı eyni məzhəbə qulluq edir, onların iqtidarı-müxalifəti yoxdur, gizlin işbirliyindədirlər. Bu da onların həqiqətidir.
Maraqlıdır, bəs bu şüurun, bu düşüncə tərzinin kökündə nə durur? Məncə, bir az təhrif olunmuş bilgilərimiz, bir az da sığortalanmağımız. İnsanımız ortada olan böyük günahı başqasına yükləməklə özünü sığorta edir. İnsanımız Əliyevin gətirilməsində öz iştirakçılığını danmaqla insanlıq məsuliyyətindən yaxa qaçırır. Qəbahətinin böyüklüyünü şüuraltı anlayır və inkar edir. Həqiqətlərdən qorxduğunu isə bəlkə də heç anlamır. Bilmir ki, bilmir.
Bu gün “Elçi Bəy hakimiyyəti niyə Əliyevə verdi” sualına cavab versən, “a kişi, bunu sən istədin, Elçi Bəy də etdi” desən, səni daş-qalaq edər. Çünki o dövrün şüurunu artıq kimsəyə isbat etmək mümkün deyil, metafizikada dəlil yoxdur. Bəlkə də unudub. İnsan öz günahlarını tez unudur. Başqasına barışmaz, özünə bağışlayandır insan. Ona görə də kollektiv ağlımız heç zaman boynuna almayacaq ki, həmin dövr “dəmir əl sevdası” dövrü idi. “Azadlıq aşiqləri” “dəmir əl aşiqinə” dönmüşdülər. Bu virus elə sosiallaşmışdı ki, qarşısında heç nə duruş gətirə bilməzdi. Bəşərin istəyi bütövləşsə, hakimiyyətlər nədi, Yer kürəsi çökər.
Elçi Bəyi ittiham edənlər demokratik hakimiyyətin yıxılmasında, bununla da Azərbaycanın gələcəyinin itirilməsində öz şəxsi günahlarını etiraf etməkdən qorxanlardır. Elçi Bəyin yüksək xidmətini dəyərləndirə bilməyənlər isə sadəcə bu xidmətin yüksək mahiyyətini, yəni azadlıq uğrunda milli mübarizə tarixini bilməyənlərdir. Elçi Bəyin şəxsiyyətini qiymətləndirməyi bacarmayanlar isə... “Quranı Allah-Təala nazil etdi. - Əsla! Məhəmməd özü yazdı” daimi mübahisəsində birincilərin ikinciləri qınamaq haqqı yoxdur. Çünki “onlar baxırlar, amma görmürlər”. Bu da bir həqiqətdir.
Bəyin dostlarından və komandasından bir nəfər danışır ki, eşitdim Əliyevin Bakıya dəvəti söhbəti gedir, başılovlu qəbuluna getdim, dedim, bu nə məsələdir, Bəy, bunu necə edə bilərsən. O, sualıma birbaşa cavab vermədi. Dedi, tələsmirsənsə, bir az otur, təcili işim var, qurtarım, söhbət edərik. Bəlkə 10-12 nəfəri bir-bir qəbuluna çağırdı. Müəyyən işlər barədə söhbət etdi. Və danışıq arası sanki təsadüfən hər birinə eyni sualı verdi: Əliyevin Bakıya gəlməsinə necə baxırsan? Yalan olmasın, bəlkə 10 nəfəri tutuquşu kimi eyni sözü təkrarladı: “Çox təcili gəlməlidir”. İkilikdə qalanda üzünü mənə tutub “gördünmü” dedi. Dedi, mən istəmirəm, bilirəm nələr ola bilər, bunu camaat istəyir, çıx küçəyə soruş, eyni şeyi eşidəcəksən... Bu da bir həqiqətdir.
Mənim bir iş yoldaşımı atası evdən qovmuşdu. 1992-nin qarlı qış gecəsi, uzaq kənddəki evdən. Minik-filan yox, qurd ulayan vaxtda. Mübahisə etmişdilər, atası demişdi ki, “qəndin kilosunu bir manata verən kişi gəlsin, vəssalam”. O cavan adam cavab vermişdi ki, o, gələn kimi Cəbrayıl erməniyə veriləcək. Atası bu sözdən təhqir olunmuş və iki-üç ildə bir gələn oğlunu o qara şaxtada evdən qovmuşdu. İllər sonra o adam - diyarbədiyar, urvatsız qaçqın ölüm yatağında oğluna demişdi ki, mən heç bir şey bilmirmişəm...
Uzağa getməyək, bir qohumum Ağdamdan Naxçıvana 50 teleqram vurmuşdu ki, durma, gəl. Mən də ona demişdim ki, bax, Ağdam gedəcək ha. O da mənə qayıtmışdı ki, qoy getsin, amma o gəlsin. Bunlar həqiqətdir. Bunlar yeri-göyü dağıtmaq gücündə olan qəlb istəkləri - metafizik ordudur.
Xalq, yəni onun böyük çoxluğu həmin dövrdə belə istədi. Elçi Bəyi istəmədi. Anlamadı, qəbul edə bilmədi. Tərəqqi yerinə əsarət arzuladı. Əlbəttə, Elçi Bəyi özünün də dediyi kimi, həm də Rusiya və İran yıxdı. Bu barədə həm də belə deyirdi: nə İran, nə Rusiya mənə heç nə edə bilməzdi, Türkiyə arxamdan qaçmasaydı. Acı həqiqətlərdən biri də budur.
Və əlavə edək ki, Türkiyə hökuməti kimi Azərbaycan xalqı da Elçi Bəyin arxasından qaçdı. Bəy deyirdi: “Prezident olduğum son günlərdə mitinq çağırdım. Baxdım meydana, gördüm cəmi 10-15 min adam gəlib. Hətta məscidləri əsarətdən alıb, təmir edib ixtiyarlarına verdiyim dindarlar da məni müdafiə etmədi. Düşündüm ki, yox, bu qədər tərəfdarla heç nə etmək olmaz...”
Elçi Bəyi ittiham edənlər məhz onun bu düşüncəsi ilə barışa bilmir. Necə yəni 10-15 min adam?! Hər şey əlində deyildimi? Sürüb tökəydin camaatı meydana! Gəlməyənin gözünü tökəydin, işdən ataydın, çörəyini alaydın, diz çökdürəydin, anasını-balasını ağladaydın!
Bax, anlaşılmazlıq burdadır: o, zorakı deyildi. Həm zorakı deyildi, həm də baxıb görənlərdən idi. Bilirdi ki, təkid edib dursa, zərər böyüyəcək. O, hakimiyyətinin ayaqlarını dizə kimi qana batıranlardan deyildi. Əlbəttə, indiki kollektiv ağlımız üçün Elçi Bəyin bu dəyərləri bir qəpiyə dəyməz. Onun dəyərlərinin dəyəri daha uca mərtəbələrdə bilinir, İnşAllah.
92-nin qara qışı, 93-ün yağmurlu yazı... Bir xatırlayın... Kollektiv şüur, əlbəttə, böyük çoxluq Əliyevi istəyir. Nə etsin Elçi Bəy? Böyük çoxluğu içi Əliyev qarışıq güllələsinmi? Axı bu, onun missiyası deyildi. Hələ illah da əziz bildiyi xalqına qarşı. Yox, əgər sonradan gördüklərimizi Elçi Bəydən gözləyirdiksə, bax, o yerdə yanılmışdıq. Elçi Bəy əzən, öldürən deyildi. Onun qəlbi Allah-Təalanın düşərgəsi olacaq qədər geniş və şəfqətli idi. O, Haqq aşiqi olduğu qədər insan aşiqi idi. Haqqı sevməyə nə var ki... Allahı sevmək Onun yaratdığı bəndələrini sevməkdən qat-qat asandır. Elçi Bəy varılması zor olan mərtəbədə idi. Çoxluq ora vara bilmir. Bu da çoxluğun xatası deyil axı... Həqiqət budur.
Elçi Bəy bu günə kimi bu həyatda qalsaydı, bu cinayətlərə şahid olsaydı və bir gün cəza kəsmək fürsəti olsaydı, yenə heç kəsə ölüm hökmü kəsməzdi. Bu dediklərimə əminəm. Elçi Bəy insanın içindəki insanlığı dirildən idi. Onun milli-azadlıq hərəkatında ölü candan qoparıb ruhunu diriltdiyi, yüksək insanlıq biçimində meydana atdığı insanların sayı-hesabı yoxdur. Bunu da bilən bilir.
Başqa həqiqətlər də var. Elçi Bəyin prezidentliyini qəbul etməmək, onu hakimiyyəti Əliyevə verməkdə günahlandırmağın adı ictimai şüur problemidir, zədələnmiş kollektiv ağlın məhsuludur. Öz günahını, səhvini anlamamaqdır. Sadəlövhlük və ya cəsarətsizlikdir. Ən mühüm tərəfi isə kollektiv ağlımızın hələ də orta çağlarda qalmasıdır. Elə bizim kollektiv ağlımızın orta çağlarda qalmasına görədir ki, bizi, bu ölkəni orta çağ qaydaları ilə idarə etmək hələ də mümkündür. Könlümüz zor istəyir. Şüuraltımız zor, zorakılıq tərəfdarıdır. Elçi Bəyin ittihamı şüuraltımızda olan bu zorun və zorakılığın məhsuludur.
Kollektiv ağlımız hələ də Elçi Bəyi zəif prezident sayır. Niyə? Çünki bizim ağlımıza görə, prezident asan-kəsən, rəqiblərini məhv edən, xalqı sındıran, dövlət xəzinəsini yağı kimi dağıdan olmalıdır. Bütün bunları bacarmırsa, o, nə prezidentdir? O nə prezidentdir ki, rəqiblərini əzə bilmir? Bu da günün həqiqətidir.
Daha maraqlı olan odur ki, Əliyev hakimiyyətini arzulayan kollektiv ağıl bir müddət sonra peşman oldu, yanlış etdiyini anladı və həmin andan bu günaha müəllif axtarmağa başladı. Etdiyi savab olsaydı, özünə yazardı, amma günah idi. Bu ağır günahı yüklənib daşımağa isə bir nəfərin gücü çata bilərdi. O, Əbülfəz Elçi Bəy idi. Həmişəki kimi, xalqın vəbalı onun boynunda qalmışdı. Həqiqət budur, dost!
Elçi Bəy siyasi avanqard idi. O, mahiyyətcə demokrat idi. Onu istəməyən xalqa rəhbərlik etməzdi. Halal olmayan prezidentliyə yiyə durmazdı. Bunu özünə yaraşdırmazdı. Bizim kollektiv ağlımız belə bir insanlıq halını anlamaq gücündədirmi? O vaxt deyildi. İndi də deyil. Həqiqət budur.
O, Şərqin ədalət anlayışının, Qərbin demokratiya şüurunun sintezi, çulğaşması idi. Elçi Bəy bir sufi idi. Mömindən qat-qat ucada duran sufi... Bizsə hələ mömin ola bilmədən sufini təftiş edirik. Ay-hay...
Prezident ola-ola heç nəyi yox idi. Ona görə yox idi ki, gözü-könlü tox idi. Əl atıb götürmək nə idi ki? Anlamaq çətindir, deyilmi? Zəngin olmaq ehtiyacı hamımıza aiddir, bircə Elçi Bəyə aid deyil. O, bunu həyatı ilə isbat etdi. Hələ-həlbət xalqın xəzinəsi hesabına zəngin olmaq, yetimin, acizin malını yemək... Elçi Bəyin bu mərtəbəsini idrak etmək gücündədirmi bugünkü həris, acgöz kollektiv ağlımız? Ömründə dərk etməz.
Elçi Bəyin imtahanı ağır idi. İmanı zədələnmiş cəmiyyətin prezidenti olmaq Təbrizli Şəms imtahanı idi. Rumi yoluna baş qoyan Şəms xalqın yoluna baş qoyan, gözünü qırpmadan ömrünü-gününü, son nəfəsini verən Elçi Bəydə zühur etmişdi. Amma daha ağır imtahan xalqın oldu. Şəmsin qatillərinin əlinə düşdü. Ona “filankəsi gətirdin” deyənlərə, ona “bacarmadı” deyənlərə “alın bacaranları” dedi Qadir. Ona “zəif” deyənlərə “alın, bu da sizə güclüsü” dedi. Ona “alim idi, prezident deyildi” deyənlərə “qoy sizi cahillər idarə etsinlər” dedi. İndi dözün bu keçə bilmədiyimiz imtahana. O, bir cana borclu idi, götürüb getdi. Yerdə qalanın halına bax...
Bunu hər kəs bilməyə bilər, amma Eminin bilməsi vacib olan məsələlər var. Gənclik bilməlidir ki, bu ölkədə möhtəşəm milli-azadlıq hərəkatı olub. O hərəkatın saysız-hesabsız şəhidi, qazisi, qurbanı var. Aramızda dolaşırlar. Məhv olmuş ömürlər, qırılmış talelər, dirigözlü şəhidlər var. O qalib hərəkatın başında Elçi Bəy dayanıb. Rəsulzadənin endirmək məcburiyyətində qaldığı üçrəngli bayrağı ölüm təhdidi altında Elçi Bəy ucaldıb. O böyük lider ölkənin və regionun siyasi sistemini dəyişib, dəmir pərdələri qoparıb, çağdaş dünyaya yol açıb. İşğalçı ordunu ölkədən çıxarıb. Və onun prezidentliyini qəbul etməyən xam çoxluğun istəyi ilə hakimiyyəti tərk edib... Gənclik bütün bunları bilməlidir. Bütün bunları bilməyən, dəyərləndirməyən gənclik başqa nəyi bilə bilər ki?!
Elçi Bəy Azərbaycanın müstəqil bir ölkə olması üçün ömrünü və hakimiyyətini qurban verib. Bu müstəqil ölkənin demokratikləşməsi isə öz fədailərini gözləyir. Gənclik ölkəni müstəqilliyə qovuşduran nəsilə təpik atmasın, öz çiyninə düşən yükü daşısın, öz vəzifəsini yerinə yetirməyi, bu ölkəni demokratikləşdirməyi ölçüb biçsin. Bu, daha faydalı olar. Mənim bir həqiqətim də budur, əziz dost!
O ki qaldı məktub-filan. Boş şeylərdir. Siz belə kiçik şeylərlə uğraşmayın. Ən yaxşısı Elçi Bəyin şah əsərlərini oxuyun. 1. Azərbaycanın ikinci müstəqillik tarixi. 2. Rus qoşunlarının Azərbaycandan çıxarılması. 3. Bütöv Azərbaycan məsələsinin siyasi gündəmə gətirməsi. Bu əsərlərə dəyər verə bilsəniz, Elçi Bəyi tanıyacaqsınız. “Ana dilimiz və rus imperiyası”, “Fars şovinizmi” əsərləri də çox qiymətlidir. Oxuyun, öyrənin...

Bu xəbər oxucular tərəfindən 1107 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |