12.04.2022 [09:35] - Gündəm, Mədəniyyət
Misirin İsgəndəriyyə şəhərində arxeoloji qazıntılar zamanı yunan-Roma dövrünə aid saxsı emalatxanası və anbar aşkarlanıb.
Misirin Qədim Abidələr Şurasının sədri Mustafa Vəziri bu qədim tikililərin yaxınlığında Bizans dövrünə aid sement üçün sobaların olduğunu bildirib. O qeyd edib ki, bu ərazi orta əsrlərdə tamamilə dağıdılıb və qəbiristanlığa çevrilib. Belə ki, sobalardan birinin içərisində hamilə qadın məzarı üzə çıxıb.
Misirli arxeoloq Ayman Aşhmavi jurnalistlərə müsahibəsində bildirib ki, emalatxanada böyük gil qab kolleksiyası tapılıb. Anbar binası isə Ptolemey dövründə işçilər üçün yataqxanalardan ibarət olub. Onun daxilindəki 3 otaqdan birində dini ayinlər icra olunub, digəri mətbəx, üçüncüsü isə qab satışı üçün istifadə edilib. Yemək bişirilən qabların içərisində mal-qara və balıq sümükləri tapılıb.
Anbardakı otaqların birinin döşəməsində Makedoniyalı İsgəndərin, tanrı Zevsin və kraliça Kleopatranın təsvirləri olan Ptolemey dövrünə aid sikkələrin böyük kolleksiyası da aşkar edilib.
Eyni zamanda, deformasiyaya uğramış naməlum kral heykəlləri də tapılıb.

Bu xəbər oxucular tərəfindən 921 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |