12.04.2022 [09:44] - Xəbərlər, Mədəniyyət
İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) Qahirədə “İslam Mədəniyyəti Paytaxtı- 2022” tədbirlərinə start verib.
Bu münasibətlə Misir paytaxtındakı Roma Amfiteatrında keçirilən mərasimdə çıxış edən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və Misirin mədəniyyət naziri İnes Abdel-Dayim dünyanın ən qədim və tarixi abidələri ilə zəngin şəhərlərindən biri olan Qahirədə təşkil olunacaq tədbirlərdən bəhs ediblər.
ICESCO-nun Baş direktoru “İslam Mədəniyyəti Paytaxtı” bayrağını Misirin mədəniyyət nazirinə təqdim edib.
Sonra mərasim iştirakçıları Qahirənin qədim abidələrini əks etdirən foto və əl işləri sərgiləri ilə tanış olub, sənədli filmə və incəsənət ustalarının konsertinə tamaşa ediblər.

Bu xəbər oxucular tərəfindən 1046 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |