Şrift:
“Anadolu türkünün başını kəssən qanı Azərbaycana tərəf axar”
10.01.2013 [15:09] - Xəbərlər, Müsahibə
MHP İğdır il başkanı Cahit Erol Türkiyədəki Azərbaycan dərnəklərinin fəaliyyətini kəskin tənqid etdi: “Bu millətin ahı onları əvvəl-axır tutacaq”

“İğdırda 120 minə yaxın Azərbaycan türkü yaşayır. Bu günə kimi Azərbaycan dövləti burada yaşayan soydaşlarımıza sahib çıxmayıb. Biz canımız Azərbaycan üçün ölümə də getməyə hazırıq. Ancaq onlardan sözdə də olsa dəstək istəyirik”. Bu fikirlər Türkiyənin Millətçi Hərəkət Pariyasının İğdır il başqanı Cahit Erola məxsusdur. O deyir ki, “Axırıncı aşırım” filmində adı keçən babalarının qoyub getdiyi dönməzlik, əyilməzlik və mübarizə ruhunu hələ də daşıyırlar: “Bu kişilər orada komunizmi qəbul etməyib Türkiyəyə yerləşdilər. Mustafa Kamal Atatürk deyib ki, o qəhrəmanlara sahib çıxın və onları bu ərazilərdə yerləşdirin. Çünki Azərbaycan türkləri hər zaman döyüşçül olublar”.

C.Erol deyir ki, indiyənə kimi Azərbaycan höküməti Türkiyədə yaşayan Azərbaycan türklərininin vəziyyəti ilə maraqlanmayıb: “Amasyada, Manisada, İğdırda, Karsda, Erzurumda yüzminlərlə Azərbaycan türkü yaşayır. İndi Azərbaycanla bağlı onlarca dərnək yaradıblar. Amma, həmin dərnəklər bir dəfə olsun gedib onların problemini dinləməyib. Həmin dərnəklərin məqsədi hər kəsə məlumadur. Onlar birləşdirici yox, parçalayıcı bir missiyanı həyata keçirilər. Azərbaycan adı altında pul qazanırlar. Həmin insanlara yazıqlar olsun. Bu millətin ahı onları əvvəl-axır tutacaq”.

MHP İğdır il başqanı Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğanın “Böyük Ortadoğu” projesinə də şərh verir: “Bu planın Azərbaycana, Türkiyəyə və bölgəyə böyük ziyanı olacaq. 160 milyondan çox türkün içində bir milyondan az erməniləri imperialist qüvvələr müdafiə edir, onları saxlamağa çalışırlar. Prezidentimiz ermənilərlə top oynayır, baş nazirimiz isə əllərini sıxır”.

Keçmişdə Gənc Ülküçülər Dərnəyindəki fəaliyyətləri barədə də söz açan Cahit Erol deyir ki, biz zamanında Azərbaycan davasına görə türmələrə düşmüşük: “Təzyiq, repressiya və türmə görümüş insanlarıq. Heç bir zaman əsas məqsədimiz olan canımız Azərbaycanı qorumaqdan vaz keçmədik. İndi ortaya çıxan dərnəklər bizə çamur atır. Halbuki, onların çoxu xarici qüvvələrin oyuncağıdır və indiyənə kimi Azərbaycanla bağlı ortaya bir iş qoymayıblar. Azərbaycan diasporası nə işlə məşğul olur mən anlamıram”.

C. Erol deyir ki, baş nazir Erdoğan ermənilərlə sərhdləri açmağa çalışanda MHP başqanı Dövlət Bahçeli sərhəddə Markara körpüsünə gedərək ermənilərə deyib ki, buradayıq keçin görüm bizim tərəfə keçə bilirsiniz: “Bu hadisəyə Azərbaycan və dünyadan onlarla jurnalist şahidlik edib. O orada tarixi bir çıxış etdi”.

O, İğdırda yaşayan azərbaycanlıların acınacaqlı vəziyyətindən də söz açır: “Azərbaycanın pulunu dünya qaldırma bilməz amma, naxçıvanlılar burada dilənçi kökündə yaşayırlar. Bu dövlət bircə Naxçıvana sahib çıxa bilmir. Azərbaycan höküməti təkcə balıq kürüsündən qazandığı pulu Naxçıvana ayırsa onlar impertor kimi yaşayar”.

Fərahim İLQAROĞLU

Türkiyə-İğdır
Bu xəbər oxucular tərəfindən 1040 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed