Şrift:
Xəzər dənizində dalğanın hündürlüyü 2,5 metrə çatıb
13.04.2022 [09:20] - Gündəm, Hadisə
Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 02:00-a olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi davam edir.

Xidmətdən bildiriblər ki, küləyin ani maksimal sürəti Ağdam, Naftalan, Bərdə və Tərtərdə 24-30, Zərdabda 24, Beyləqanda 20, Şəmkirdə 16 metr/saniyəyə çatıb.

Bakıda və Abşeron yarımadasında - Bakıda küləyin sürəti 28, Maştağada 23, Neft Daşlarında 21, Çilov adasında 18, Pirallahıda 15 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Şimal-qərb küləyinin sürətinin aprelin 13-ü gecə 25-30, səhər saatlarında 18-23, gündüz 15-18 metr/saniyəyədək olacağı, axşam isə 12 metr/saniyəyədək mülayimləşəcəyi gözlənilir.
Bu xəbər oxucular tərəfindən 3093 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed