Şrift:
OPEC bu il neftə qlobal tələbatın azalacağını proqnozlaşdırır
13.04.2022 [09:40] - Xəbərlər, İqtisadiyyat
Ukraynadakı hərbi əməliyyatlar və koronavirus pandemiyasının təsirlərinin davam etməsi bu il neftə qlobal tələbatı azaldacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə proqnozu OPEC dünya bazarlarındakı vəziyyətə dair hesabatında açıqlayıb. Kartelin proqnozuna görə, 2022-ci ildə dünya üzrə neftə gündəlik tələbat 400 min barrel azalaraq 100,5 milyon barrel olacaq.

Geosiyasi gedişatla yanaşı, koronavirusun “omikron” ştamının Çində yayılması bu ölkədə, eləcə də dünyanın bir sıra ölkələrində neftə tələbatı aşağı salacaq. OPEC eyni zamanda, Rusiyada xam neft istehsalına dair proqnozunu gündəlik yarım milyon azaldaraq il ərzində orta hesabla 11,2 milyon barrel olacağını qeyd edib.
Bu xəbər oxucular tərəfindən 2388 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed