Şrift:
Əskişəhir Azərbaycanlıları Dərnəyi Xocalı soyqırımının tanınması ilə bağlı bələdiyyələrə müraciət edib
11.01.2013 [10:01] - Gündəm, Diaspor
Xocalı soyqırımı ərəfəsində Əskişəhir Azərbaycanlıları Dərnəyi şəhərin 3 bələdiyyəsinə müraciət göndərib. Dərnəyin rəhbəri Cavid Aydının verdiyi məlumata görə, Böyükşehir, Odunpazarı və Tepebaşı bələdiyyəliklərinə Xocalıda ermənilərin törətdiyi qətliamın soyqırımı olaraq tanınması ilə bağlı məclis qərarının alınması, Türkiyə və dünya ictimaiyyətinə bəyan edilməsi ilə bağlı müraciət edilib.

Müraciətdə qeyd olunub ki, tarixdə ən böyük və ən qanlı cinayət olan bu soyqırımının unudulmasına izin verilməməlidir: “Türkiyəni də əsassız soyqırımında günahlandıran bu qatillərin günahlarını bəyan etməyin yollarından biri də Xocalı soyqırımının tanıması, günahkarların cəzalanması və Ermənistanın işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı bələdiyyə məclisində qərarın alınması və bunun bütün dünyaya elan edilməsidir”.
Bu xəbər oxucular tərəfindən 1028 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed