Şrift:
İsveç və Finlandiyanın Baş nazirləri: NATO-ya üzvlük məsələsi ilə bağlı nəticələr tezliklə açıqlanacaq
14.04.2022 [09:37] - Xəbərlər, Siyasət
İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsi ilə nəticələr yaxın vaxtlarda məlum olacaq.

Aprel ayının 13-də, Finlandiyanın Baş naziri Sanna Marin isveçli həmkarı Maqdalena Andersson ilə görüşüb. Görüşün sonunda keçirilən mətbuat konfransında Sanna Marin Finlandiya hökumətinin bir neçə həftə ərzində NATO-ya üzvlük ilə bağlı qərar verəcəyini açıqlayıb. Öz növbəsində Maqdalena Andersson məsələ ilə bağlı siyasi partiyalar ilə məsləhətləşmələrin aparıldığını vurğulayaraq qərarın daha sonra veriləcəyini bildirib.

Baş nazir M.Andersson vurğulayıb ki, hazırda İsveçin hökumət və parlament partiyaları arasında yeni təhlükəsizlik siyasətinin təhlili ilə bağlı danışıqlar aparılır və bu danışıqlar mayın 31-dək yekunlaşmalıdır.

Baş nazirlərin sözlərinə görə, Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı qərarları müstəqil şəkildə, lakin sıx dialoq əsasında qəbul edir.

Qeyd edək ki, Şimali Avropa regionunda yalnız İsveç və Finlandiya NATO-nun üzvü olmayıb. Hər iki ölkə NATO ilə sıx siyasi və hərbi əməkdaşlıqdadır. Hətta Soyuq müharibə illərində belə bu iki ölkə neytral statusunu qoruyub saxlamağa nail olub. Lakin Ukraynada baş verən hadisələrdən sonra İsveç və Finlandiyada NATO-ya üzvlük məsələsində yanaşmalar dəyişməyə başlayıb. Son sorğulara əsasən, hər iki ölkə vətəndaşları arasında NATO-ya üzv olmaq fikrini dəstəkləyənlərin sayı artmaqdadır.
Bu xəbər oxucular tərəfindən 507 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed