Şrift:
Avropa Birliyinin komissarı Azərbaycan və Ermənistanı regionda gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb
11.01.2013 [10:11] - Gündəm, Siyasət
Dünən Brüsseldə Avropa Birliyinin genişlənmə məsələləri və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Ermənistan parlamentinin sədri Ovik Abramyan arasında görüş keçirilib.

Avropa Komissiyasının mətbuat xidmətinin xəbərinə görə, görüşdə digər məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Dağlıq Qarabağa aviauçuşların həyata keçirilməsi imkanları da müzakirə olunub.

Ş.Füle münaqişənin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinin AB tərəfindən dəstəkləndiyini bir daha vurğulayıb. O, Dağlıq Qarabağdakı aeroportla bağlı məsələlərin yalnız diplomatik yolla həllinin vacibliyini nəzərə çatdırıb və tərəfləri regionda gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb.
Bu xəbər oxucular tərəfindən 1135 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed