Şrift:
SEPAH-a bağlı xəbər agentliyindən Azərbaycana qarşı təxribat
14.04.2022 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Agentlik Azərbaycan hərbçilərinin atəşkəsi pozduqlarını və “Artsax”da dinc sakini güllələdiklərini iddia edir.

“Hadisə Azərbaycan ordusunun sərhəddi pozaraq irəlilədiyi "Parux" (Fərrux-red) bölgəsində baş verib. Bir gün sonra Azərbaycanın "Bayraqdar" pilotsuz uçuş aparatı Artsaxa hücum edərək 3 erməni hərbçisini öldürüb”-deyə, SEPAH-ın saytında yazılıb.

Qeyd edək ki, son günlər SEPAH-a aid media orqanları Azərbaycan və Türkiyəyə qarşı təhdid məzmunlu materiallar yayırlar.

SEPAH-ın sosial media hesabında yayılan videoda ötən il ali lider Əli Xamneyinin ikinci Qarabağ müharibəsi haqda çıxışından sitat gətirilir, Azərbaycana qarşı ənənəvi iddialar səsləndirilir.

“Beynəlxalq sərhədlərə riayət edilməlidir. Yəni, münaqişə tərəfləri ölkələrin beynəlxalq səviyyədə tanınan sərhədlərinə təcavüz etməməli və terrorçular da sərhədlərimizin yaxınlığında yerləşdirilməməlidir”-deyə, Əli Xamneyinin çıxışında bildirilir.

Videoda habelə SEPAH-ın Quru Qoşunlarının komandanı general Məhəmməd Pakpurun İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlim zamanı verdiyi açıqlama yer alıb.

"Biz bölgənin bütün ölkələrinin ərazi bütövlüyünə hörmətlə yanaşırıq və sərhədlərin geosiyasətində hər hansı dəyişikliyi qəbul etmir, bunu İranın qırmızı xətti hesab edirik"-deyə, Pakpur bildirib.
Bu xəbər oxucular tərəfindən 2897 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed