15.04.2022 [10:22] - Gündəm, Sosial
Aprelin 14-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lerik Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxışlar zamanı xalqımızın zəngin mənəvi dəyərlərinin milli birliyimizin möhkəmlənməsindəki əhəmiyyəti vurğulanıb. Mənəvi dəyərlərimizin bizim bir xalq olaraq formalaşmağımıza böyük təsir göstərdiyi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb. Ölkəmizdə yaşayan müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələri arasında tarixən həmrəylik, sülh və vəhdətin hökm sürdüyü, xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində humanizm və sülhsevərliyin əsas yer tutduğu qeyd edilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Bu xəbər oxucular tərəfindən 877 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |