15.04.2022 [10:43] - Xəbərlər, Mədəniyyət
Bu il XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin anadan olmasının 305 illiyi tamam olur.
Bu münasibətlə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Molla Pənah Vaqif” adlı virtual sərgi hazırlanıb. Kitabxanadan bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, görkəmli poeziya ustadının müəllifi olduğu kitablar, eləcə də haqqında yazılan kitab və məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Molla_Penah_Vaqif/index.htm linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.
Molla Pənah Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə eləsə də, onun yaradıcılığında əsas yeri qoşma janrı tutub və o, heca vəznində Azərbaycan poeziyasının bir çox parlaq nümunələrini yaradıb. Onun yaradıcılığında məhəbbətin tərənnümü mühüm yer tutur. Təsadüfi deyildir ki, Vaqif öz ədəbi məktəbini sadəlik, xəlqilik, nikbinlik kimi əlamətlərlə ölməzlik qazanan qoşmalarla yaratmışdır.

Bu xəbər oxucular tərəfindən 2235 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |