Şrift:
İranda yoxa çıxmış amerikalı məmurun şəkilləri yayılıb
11.01.2013 [10:33] - Gündəm, Güney Azərbaycan xəbərləri
6 il əvvəl İranda yoxa çıxmış ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Federal Təhqiqatlar Bürosunun keçmiş məmuru Robert Levinsonun yeni şəkilləri yayılıb.
Məhbus paltarında fotoya alınan Robert Levinsonun boynundan asılmış plakatda bu yazılar var: “Mən burdayam. Quantanamoda. Harada olduğunu bilirsinizmi? Niyə mənə yardım edə bilmirsiniz?”

Robert Levinsonun həyat yoldaşı Kristina Levinson jurnalistlərə açıqlamasında yoldaşının şəkillərini təxminən iki il əvvəl aldığını bəyan edib: “Bunlar adi şəkillərdir. Bu şəkillərin arxasında hansı hədəfin durduğu bilinmir. Elə buna görə də onları təcili yaymaq problemin həllinə yardım edə bilməzdi. Təəssüflər olsun ki, bizdə onun haqqında əlavə məlumat yoxdur. Onun səhhətindən nigaranıq. Mən İran hakimiyyətindən istəyirəm ki, bu problemi həll etsinlər. Onlar bu problemin həlli üçün indiyə qədər bizə heç bir yardım göstərməyiblər. Yoldaşımın yoxa çıxmasından 6 il keçir və hesab edirəm ki, bu məsələnin çözülməsinin vaxtı gəlib çatıb”.

2007-ci ilin aprel ayında ticarət məqsədi ilə İrana səfər edən Robert Levinson Kiş adasında yoxa çıxıb. İran hökuməti sabiq FTB məmurunun harada olması barədə heç bir məlumata malik olmadığını bəyan etsə də, ABŞ hökuməti buna şübhə ilə yanaşır.
Bu xəbər oxucular tərəfindən 963 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed