15.04.2022 [21:22] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, bu il fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk Qrupu həmsədrlərinin “üçlüyü” çərçivəsində Moskva ilə bütün təmasları dayandırıb.
Onun sözlərinə görə, Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasiləyə imkan vermir: "Birləşmiş Ştatlar və Fransa həmsədr kimi əməkdaşlığı dayandırdıqlarına görə regionda uzunmüddətli sülh və sabitliyin bərpası üçün əlavə ardıcıl addımlar tələb olunur.
Bununla əlaqədar olaraq, xüsusi tapşırıqlar üzrə səfir İqor Xovayev (Minsk Qrupunun Rusiyadan olan həmsədri) öz işini yeni vəzifədə, yəni Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi davam etdirəcək. Onun diqqət mərkəzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması olacaq. Biz Bakı və İrəvandakı müttəfiqlərimiz və tərəfdaşlarımızdan İqor Xovayevin səylərinə dəstək vermələrini ümid edirik. Biz digər maraqlı oyunçularla konstruktiv qarşılıqlı əməkdalığa açığıq".
Bu təyinatdan belə qənaətə gəlmək olarmı ki, bundan sonrakı normallaşma prosesində Rusiya tək iştirak edəcək? Belə olarsa, digər həmsədrlərin bu məsələyə münasibəti necə olar?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əslində Rusiya ikibaşlı oynayır: “Lavrov erməni həmkarı ilə görüşdə bildirdi ki, rusofobiyaya görə Minsk Qrupunun digər iki həmsədri onlarla əməkdaşlıqdan imtina edir. Ermənistanın boynuna bir az da minnət qoydu ki, həmin iki ölkə ermənilərin problemləri ilə məşğul olmaq istəmir. Bilirlər ki, Azərbaycan ümumiyyətlə Minsk Qrupunun fəaliyyətini dəstəkləmir. Bir tərəfdən də güya bizə xoş gəlmələri üçün belə mövqe ortaya qoyurlar. Əslində, Rusiyanın istəyi budur ki, bu iki dövləti kənarda saxlamaqla, prosesi öz nəzarətinə götürsün. Brüssel görüşündən sonra qıçıqlandığını Moskva açıq şəkildə ortaya qoydu. Yalnız Rusiyanın vasitəçiliyi ilə baş tutan görüşlərə istinad etdilər, Brüssel razılaşmasının heç adını da çəkmədilər. Son Brüssel görüşündən sonra Rusiya bildirdi ki, sərhədlərin dəqiqləşməsi prosesində onlar da vasitəçi kimi iştirak edəcək. Yalnız xəritənin onlarda olduğunu deyil, həm də mühüm vasitəçi olduqlarını qabardırlar. Rusiya maksimum dərəcədə yaranmış vəziyyətdən istifadə edir. Azərbaycan tərəfi bunun yaxşı fərqindədir. İş burasındadır ki, heç Ermənistanın özü də Rusiyanın vasitəçiliyini istəmir. Biz Avropa İttifaqının vasitəçiliyi ilə əldə olunan konkret nəticələrə daha çox önəm verdiyimizi nümayiş etdirməliyik. Son müşavirədə Prezident bildirdi ki, biz əvvəlki formatlatda əldə olunan razılaşmalardan nəticə görmürük. Buna görə də uzun müddət gözləyə bilmərik. Bunun özü də Brüssel görüşünə bəslənən inamdan doğan açıqlamadır. Zaxarovanın açıqlaması göstərir ki, Rusiya belə bleflə həm Azərbaycan, həm də Ermənistan cəmiyyətlərini özünə inandırmağa çalışır ki, nəyin bahasına olursa-olsun, ortada vasitəçi kimi özü qala bilsin. Bizə vasitəçi lazım deyil. “Keçəl dərman tapsa öz başına sürtər” misalında olduğu kimi, Rusiya hələ gedib Ukraynada düşdüyü vəziyyətdən çıxsın, sonra gəlib bizə məsləhət verər”.

Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com
Bu xəbər oxucular tərəfindən 766 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |