26.04.2022 [10:37] - Xəbərlər, Siyasət
Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırali Qazaxıstan Rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye naziri Bagdat Mussin ilə görüşüb.
Görüş zamanı tərəflər Türk dünyasının rəqəmsal identifikasiyası ilə bağlı fikir mübadiləsi aparıb, bir sıra layihələrdən danışıblar.
Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanmış “Atalar mirası” layihəsinin genişləndirilməsi və təkmilləşdirilməsi müzakirə olunub.
Türk Akademiyasının hazırladığı iki cildlik “Türküstan Ensiklopediyası”nın təməlində Türk dünyasının elektron ensiklopediyasının yaradılması, müvafiq dövlət qurumlarının bu prosesə dəstəyi barədə danışılıb.
Eyni zamanda, Təhsil Nazirləri Şurasında Türk Akademiyası tərəfindən irəli sürülən - Türk dünyasında elmi əsərlərin, dissertasiyaların, arxivlərin və elmi kitabxanaların rəqəmsallaşdırılması, vahid rəqəmsal bazasının formalaşdırılması təşəbbüsü ətrafında fikir mübadiləsi aparılıb.
Nazir B.Musin Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin türk xalqlarının daha sıx şəkildə inteqrasiyasına xidmət göstərən təşəbbüsləri dəstəklədiyini, bu istiqamətdə Türk Akademiyası ilə əməkdaşlığı gücləndirmək niyyətində olduğunu qeyd edib

Bu xəbər oxucular tərəfindən 410 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |