Şrift:
Rusiya Prezidenti Ukrayna ilə diplomatik vasitələrlə razılıq əldə olunacağına ümid bəsləyir
27.04.2022 [10:19] - Xəbərlər, Siyasət
Rusiya BMT-ni universal qurum hesab edir və onu hər zaman dəstəkləyəcək.

Bu fikri Rusiya Prezidenti Vladimir Putin BMT-nin Baş katibi Antonio Quterreş ilə Moskvada keçirilən görüşündə bildirib. O qeyd edib ki, Rusiya BMT-nin əsaslandığı prinsipləri hərtərəfli dəstəkləyir.

“Bəzi həmkarlarımızın kiminsə fərqli olması, yaxud üstün hüquqlara malik olması barədə sözləri bizə qəribə gəlir. Çünki BMT Nizamnaməsində deyilir ki, beynəlxalq ünsiyyətin iştirakçıları gücündən, dahiliyindən və ya coğrafi vəziyyətindən asılı olmayaraq bərabər hüquqa malikdirlər”, - deyə Rusiya Prezidenti bildirib və əlavə edib ki, BMT sənədlərinə, Bibliya və Qurana görə də hamı bərabər hüquqludur.

Vladimir Putin Ukrayna ilə İstanbul danışıqlarında müəyyən irəliləyişin əldə olduğunu, lakin sonradan Buça hadisələrinin baş verdiyini vurğulayıb. V.Putin Rusiyanın Ukrayna ilə danışıqlardan imtina etmədiyini, diplomatik vasitələrlə razılığa gəlinəcəyinə ümid bəslədiyini də diqqətə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed