27.04.2022 [10:29] - Gündəm, Sosial
İspaniya Bankının bu gün dərc olunan hesabatında 2021-ci ildə İspaniyada kriptovalyuta əməliyyatlarının həcmi təqribən 60 milyard avro təşkil edir ki, bu da hər bir sakinin payına düşən təxminən 1275 avroya bərabərdir.
AZƏRTAC xəbər verir ki, İspaniya Bankının məlumatına görə, krallığın payına avrozonadakı kriptovalyuta investisiyalarının təxminən 10 faizi düşür ki, bu da onun ÜDM-yə nisbətdə olan çəkisinə uyğundur. Avropada 2021-ci ildə ən çox kriptovalyuta əməliyyatları həyata keçirən ilk beş ölkə Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya və İspaniyadır.
27 ölkədə müntəzəm sorğular aparan “Finder Cryptocurrency Adoption Index”in məlumatına görə, İspaniyada yetkin əhalinin 12 faizi kriptovalyuta sahibidir. İspaniyanın “BitBase” şirkəti İspaniya Bankı tərəfindən qəbul edilən və ölkədə kriptovalyuta bankomatları və fiziki mağazalar şəbəkəsini idarə edən ilk struktur olub.
İspaniya Bankı bildirir ki, kriptovalyuta partlayışı təkcə kiçik əmanətçilərin meydana çıxması ilə deyil, həm də institusional investorların mövcud olması ilə bağlıdır. Avropa Şimali Amerikanı (18 faiz) qabaqlayaraq, bütün dünya ticarətinin 25 faizi (təxminən 845 milyard avro) ilə kriptovalyutalar mərkəzi hesab olunur.
Ekspertlər əmindirlər ki, kriptovalyuta əməliyyat xərclərinin azaldılması sayəsində maliyyə sisteminin səmərəliliyini və dayanıqlığını artıra, həmçinin ödənişlərdə daha yüksək uyğunluğu və rəqabəti təmin edə bilər. Lakin kriptovalyutaların inkişafı yalnız riskləri azaldan normativ-hüquqi baza çərçivəsində həyata keçirildiyi təqdirdə fayda gətirə bilər.

Bu xəbər oxucular tərəfindən 1893 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |