Şrift:
Ələt Azad İqtisadi Zonasının rəhbərliyi Höteborq şəhərində yerləşən Emtunga şirkətinin istehsalat sahəsində olub
27.04.2022 [10:39] - Gündəm, İqtisadiyyat
İsveçə səfər çərçivəsində Ələt Azad İqtisadi Zonasının rəhbərliyi Höteborq şəhərində yerləşən “Emtunga” şirkətinin istehsalat sahəsində olublar.

Nümayəndə heyətində Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və sədr müavini İsmayıl Manafovla yanaşı, Azərbaycan Respublikasının İsveç Krallığında səfiri Zaur Əhmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin "AZPROMO" müşaviri Zöhrab Qədirov və “Caucasus Consulting Group of Companies” şirkətinin təsisçisi Bəhram Atabəyli yer alıblar.

Qonaqları öz istehsal müəssisəsində salamlayan “Emtunga” şirkətinin layihənin idarəedilməsi üzrə vitse-prezidenti Karl-Henrik Qustafsson qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Müəssisənin tarixi, burada istehsal edilən məhsullar haqqında danışan Karl-Henrik Qustafssun sözlərinə görə, “Emtunga” dəniz və platforma sənayesində modul tipli dəniz yaşayış obyektlərinin dünyaca tanınan təchizatçısıdır. O diqqətə çatdırıb ki, 50 ilə yaxın təcrübəyə malik müəssisə Azərbaycanda da neft-qaz sahəsində çalışan bir sıra şirkətlərlə 26 ildən çox davam edən əməkdaşlıqdan məmnundur və gələcəkdə də ölkəmizdə həyata keçirilən bəzi layihələrdə iştirak etmək niyyətindədir.

Öz növbəsində Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov rəhbərlik etdiyi qurum haqqında söz açıb. İsveçə səfər, yerli şirkətlərdə keçirilən təqdimat və investorlara Ələt Azad İqtisadi Zonasında yaradılan investisiya imkanlarına toxunan Valeh Ələsgərov “Emtunga” kimi şirkətlərin timsalında İsveç ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu qeyd edib.
Bu xəbər oxucular tərəfindən 2100 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed