Şrift:
“Microsoft” korporasiyasının ötən rübdə gəliri 49,36 milyard dollara çatıb
27.04.2022 [10:40] - Gündəm, Sosial
ABŞ-ın “Microsoft korporasiyasının ötən rübdə gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artaraq 49,36 milyard dollara çatıb.

Bu barədə qurumun saytında məlumat verilib.

Martın 31-də başa çatan üç aylıq dövr ərzində şirkətin xalis gəliri illik müqayisədə 8 faiz artaraq 16,72 milyard dollara çatıb. “Microsoft”un qeyd olunan dövrdə əməliyyat mənfəəti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 20,36 milyard dollar təşkil edib. CNBC televiziya şirkətinin məlumatına görə, şirkətin maliyyə göstəriciləri qurumun mənfəətinin 49,05 milyard dollardan çox olmayacağını proqnozlaşdıran ekspertlərin gözləntilərini üstələyib.

1975-ci ildə sahibkarlar Bill Qeyts və Pol Allen tərəfindən qurulan “Microsoft", kompüterlərdən tutmuş mobil telefonlara qədər müxtəlif cihazlar üçün proqram təminatı istehsal edən ən böyük korporasiyalardan biridir.
Bu xəbər oxucular tərəfindən 1934 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed