Şrift:
Özbəkistanın Xivə şəhərində keçirilən beynəlxalq “Ləzgi” rəqs festivalında Azərbaycan da iştirak edir
27.04.2022 [10:41] - Gündəm, Mədəniyyət
Özbəkistanın qədim Xivə şəhərindəki məşhur “İçan-Kala” kompleksinin Köhnə Ark meydanında beynəlxalq “Ləzgi” rəqs festivalının təntənəli açılş mərasimi keçirilib.

Tədbirdə çıxış edən Özbəkistan Prezidentinin müşaviri Abducabbor Abduvaxidov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin festival iştirakçılarına müraciətini oxuyub.

Dövlət başçısı müraciətdə qədim Xarəzm torpağında birinci dəfə keçirilən beynəlxalq “Ləzgi” rəqs festivalının iştirakçılarını və qonaqları təbrik edib, onlara bu sənətin inkişafında uğurlar arzulayıb. Bildirilib ki, 2019-cu ildə UNESCO “Ləzgi” Xarəzm rəqsini qeyri-maddi irs siyahısına daxil edib.

Festivalda Azərbaycanı Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edir. Tədbir çərçivəsində bir neçə gün ərzində rəqs sənətinə həsr olunan sərgilər, milli geyimlərin, xalq tətbiqi sənət nümunələrinin nümayişi, kitab yarmarkası, “Dünya rəqs sənətinin inkişafında özbək milli rəqslərinin rolu” adlı beynəlxalq konfrans da keçiriləcək.

Festival aprelin 30-dək davam edəcək.

Tədbirə dünyanın 30 ölkəsindən gələn 200-ə yaxın rəqqas, musiqiçi və musiqi nəzəriyyəçisi qatılıb.
Bu xəbər oxucular tərəfindən 2116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed