27.04.2022 [11:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məhkəmə hökmündə Türkay adının “qadağa olunmuş adlardan olmadığı” qeyd edilib.
Bu barədə Təbrizdə fəaliyyət göstərən vəkil Sina Yusufi məlumat verib. O, apellyasiya məkməsinin çıxardığı qərarın surətini öz tvitter hesabında paylaşıb.
Qeyd edək ki, Qeydiyyat İdarəsi Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərində yaşayan ailənin övladına türkcə ad ilə şəxsiyyət vəsiqəsi verməkdən imtina edib.
Bundan sonra ailə Mərənd şəhərinin ümumi məhkəməsinə müraciət edib.
Mərənd məhkəməsi Qeydiyyat İdarəsinin lehinə qərar çıxardığı üçün ailə əyalətin apellyasiya məhkəməsinə şikayət məktubu yazmağa məcbur olub.
“Ad seçimi ərizəçinin qanuni hüquqlarından biridir. Seçilən ad isə qadağa olunmuş adlardan deyil və bundan əvvəl də qeydiyyatdan keçib. Bununla belə, ilkin məhkəmənin hökmünün ləğvinə və qeydiyyat idarəsinin Türkay adına şəxsiyyət vəsiqə verməsinəqərar verilir”-Apellyasiya məhkəməsinin çıxardığı qərarda belə deyilir.
Qeyd edək ki, Güney Azərbaycanda Türkay adı daha əvvəl də məhkəmə qərarı ilə qeydiyyatdan keçib. 2021-ci ilin iyun ayında Təbrizin ümumi məhkəməsi Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən başqa bir ailənin şikayətini qəbul etmişdi.
İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.
“Ayıl”, “Sevgi”, “Yağış”, “Anar”, “Atakan”, “Oğuz”, “Türkay”, “Elcan”, “Tarkan” və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciə edib, sosial mediada etirazlarını bildiriblər.
İnsan haqları sahəsində fəaliyyət göstərən "Ərk"-Azərbaycan Cəmiyyəti məsələ ilə bağlı Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.
Bu hesabatda İran İslam Respublikası rejimi tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunduğu da vurğulanıb.

Bu xəbər oxucular tərəfindən 3023 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |