Şrift:
Dərvişin Bakını partlatmağa gücü çatmayacaq!
11.01.2013 [13:13] - DAVAMın yazıları
Xanımlar, qorxmuyun, ürəyinizə qüvvət verin! Yəqin ki, bu cümlə hamınızın yadındadı. Kamil Rüstəmbəyov, Şamil Mahmudbəyovun çəkdiyi məşhur “Dərviş Paris partladır” filmini niyə xatırladım? Orda Baba Dərvişi çağırırlar ki, baba dərviş Parisi partlatsın və Şahbaz bəy Müsyo Jordanla Parisə getmək fikrindən vaz keçsin. Baba Dərviş sadəcə “qorxmayın, qorxmayın” – deyir və əməl vaqe olandan sonra çıxıb gedir işinin dalınca...

***

İndi bizdə də bir para şəxslər dünən Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edən, Abşeron rayonundan həqiqi hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü Ceyhun Zaman oğlu Qubadovun bir neçə gün əvvəl postda olarkən qəfildən dünyasını dəyişməsi barədə məlumat yayılandan dərhal sonra sosial şəbəkələrdə bu hadisəni qınayır. Bundan siyasi divident kimi istifadə etməyə başlayıblar. Biri mövcud iqtidarı lənətləyir, biri hökm çıxarır, biri qatillərin asılmasını istəyir...
Xülasə, hərə öz ağlı ilə hadisələrə yön verməyə çalışır. Iş hətta o yerə gəlib çatıb ki, sosial şəbəkələrdə “Əsgər ölümünə yox de!” – devizi ilə keçiriləcək aksiyanın dəvətnamələri də göndərilib.
Hətta bir nəfər xaricdə oturub aksiyanın hansı formada və necə keçirilməsi barəsində təlimatlar da verir. Məsələn Almaniyada yaşayan aktivist Qurban Dağlının elədiyi kimi: “Çox əhəmiyyətli bir məsələdir ki, siyasi partiyalar 12-də keçiriləcək aksiyaya müdaxilə etməməlidir. Xalq öz etirazını bildirməlidir. Özü bildiyi və lazım gördüyü tərzdə”. Bu nədir bəylər? anarxiyanın addım səsləri, yoxsa... xalqı kütləvi itaətsizliyə səsləmək... Hər iki halın doğuracağı acı nəticələr eynidir... Türkiyənin 12 sentyabr 1980 – ci il dövlət çevrilişindən əvvəlki vəziyyətini göz önünə gətirək. ali təhsil ocaqlarında, küçələrdə, qəhvəxanalarda eyni millətin nümayəndələri, sabahı olacaq gənclər bir birilərinə güllə atır, bir – birilərini qətlə yetirirdilər. bunu çox incə bir plan vasitəsi ilə həyata keçirənlər isə yenə də kreslolarına yayxanıb ölüm, münaqişə, küçə iğtişaşları xəbərlərini ləzzətlə seyr edir və öz gələcək planlarını qururdular. Nəticədə... Nəticədə Türkiyədə 12 sentyabrda xunta baş verdi və ordu hakimiyyəti ələ keçirdi... Və... o dönəmin Türkiyəyə vurduğu ziyanı bu gün də hesablamaq mümkün deyil.

****

Ölkəmizi bu önəmli zaman kəsiyində - yeni ilin elə ilk günlərindən bu cür kütləvi iğtişaşlara səsləmək sizcə təsadüf ola bilərmi? Yoxsa, bunun da altında hansısa Baba Dərvişləri axtarmalıyıq? Əgər cavabınız “hə” –dirsə, onda bu Baba Dərvişlər ölkəmizdən nə istəyir? “Xanımlar, qorxmuyun, ürəyinizə qüvvət verin” – deyə - deyə bizləri nəyə hazırlayırlar? Yox, əgər cavabınız “yox” – dursa, o zaman buyurun, siz öz versiyanızı ortaya qoyun! Amma, lütfən, “əsgər ölümlərində hakimiyyət günahkardır” – deyə absurd fikirlər səsləndirməyin!

***

Beyinləri Qərbin “azad sevgi”, “azad seks” kimi zəhərləri ilə zəhərlənənlər nə bilir dövlət nədir, dövlətçilik nədir? Milləti küçələrə səsləyənlər bilirsiniz kimlərdi? Elə isə qulaq asın... Küncdə - bucaqda qaçıb gizlənənlər... Bakıda hərbi hissələrdə kef eləyib, səngərin “s” – dan xəbəri olmayanlar... Ya həbsə düşməyi gözə alıb əsgər getməyənlər... Ya da üzr istəyirəm min bir adla qaçıb xaricə sığınanlar! Ayılın, bəylər, hələ də fərqində deyilsiniz, tələnin? Dərvişin Bakını partlatmağa gücü çatmayacaq!
Bu xəbər oxucular tərəfindən 1137 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed