28.04.2022 [09:51] - Gündəm, Mədəniyyət
Aprelin 27-də Özbəkistan Turizm və Mədəni İrs Nazirliyinin təşəbbüsü, UNESCO-nun dəstəyi ilə qədim Xivə şəhərindəki məşhur “İçan-Kala” kompleksinin Köhnə Ark meydanında beynəlxalq “Ləzgi” rəqs festivalı davam edib.
Festivala dünyanın 30 ölkəsindən 200-ə yaxın rəqqas, musiqiçi, musiqi nəzəriyyəçisi, xoreoqraf qatılıb.
Musiqi bayramında Azərbaycanı Fikrət Əmirov adna Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edir.
Bu günkü konsert proqramını Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadənin rəhbərliyi ilə “Muğam” musiqi qrupu açıb. Onlar bu festivala qonaq kimi dəvət olunub. Xanəndələr Mirələm Mirələmovu və Kamilə Nəbiyevanı Sahib Paşazadə ilə yanaşı, kamança ustası Toğrul Əsədullayev və nağarada Kamran Kərimov müşayiət ediblər. Musiqiçilərin muğam, xalq mahnıları və təsnifləri alqışlarla qarşılanıb.
Konsertdə İranın Təbriz şəhərindən gələn oğlanlardan ibarət rəqs qrupu “Qaytağı” rəqsini ifa edib.
Fikrət Əmirov adna Dövlət Mahnı və Rəqs Ansamblı aprelin 28-də axşam keçiriləcək konsertdə də çıxış edəcək.
Festival aprelin 30-dək davam edəcək.

Bu xəbər oxucular tərəfindən 1869 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |