Şrift:
Böyük Britaniyada avtomobil istehsalı tədarük prosesində yaranan fasilələr səbəbindən zəifləyib
29.04.2022 [09:36] - Gündəm, İqtisadiyyat
Böyük Britaniyada avtomobil istehsalı bu ilin birinci rübündə tədarük prosesində yaranan fasilələr səbəbindən zəifləyib.

2021-ci ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz azalma baş verib. Britaniya Avtomobil İstehsalçıları Assosiasiyası bu ilin birinci rübündə ölkədə istehsal olunan avtomobillərin sayının 207 min 347 ədəd azaldığını bildirib.

Birinci rübdə Krallıqda daxili bazar üçün istehsal edilən avtomobillərin sayı əvvəlki ilin eyni dövrünə görə 20,3 faiz azalaraq 45 min 548, ixrac üçün istehsal edilən avtomobillərin sayı isə 35 fazir azalaraq 163 min 799 olub.

Ötən ay ölkədə istehsal olunan avtomobillərin sayı 33,4 faiz azalaraq 76 min 900 ədəd olub.

Avtomobil İstehsalçıları Assosiasiyası açıqlamasında bu ilin birinci rübündə avtomobil istehsalının kəskin azalmasının qlobal miqyasda kompüter çipi təchizatındakı problemlər və enerji xərclərinin artması ilə bağlı olduğu bildirilib.
Bu xəbər oxucular tərəfindən 2094 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed