Şrift:
Ailəsi Elçibəyin qəbrinin açılmasına icazə verməyəcək
11.01.2013 [15:40] - Xəbərlər, Gündəm
Ailə üzvləri Elçibəyin zəhərlənməsi ilə bağlı qaldırılmış cinayət işini dayandırmağı tələb edirlər

Eks prezident Əbülfəz Elçibəyin ailəsi mərhumun zəhərlənməsi ilə bağlı məsələ qaldıran şəxsləri, eləcə də müasir müsavat partiyasının sədri Hafiz Hacıyevi məhkəməyə verməyə hazırlaşır. Bu barədə Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev məlumat verib.

Onun sözlərinə görə, ailəsi Elçibəyin qəbrinin açılmasına icazə verməyəcək və Elçibəyin zəhərlənməsi ilə bağlı qaldırılmış cinayət işi dayandırılmalıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva eks prezidentin zəhərlənməsi iddiası üzrə başlanmış cinayət işi ilə əlaqədar Bakı şəhər Prokurorluğunda başlanmış cinayət işi ilə əlaqədar ifadə verib.
Bu xəbər oxucular tərəfindən 774 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed