Şrift:
Lvov şəhərinə raket zərbələri endirilib
04.05.2022 [10:24] - Xəbərlər, Hərb
Ukraynanın Lvov şəhəri mayın 3-də raket hücumuna məruz qalıb.

Bu barədə Lvov şəhər meri Andrey Sadovıy Telegram səhifəsində məlumat verib.

Mer əhalini sığınacaqlarda qalmağı tövsiyə edib. Raket zərbələrindən sonra şəhərin bəzi rayonlarına elektrik enerjisinin verilişi dayanıb.

Rusiya qoşunları, həmçinin Lvov vilayəti ərazisinə də raket zərbələri endirib.

Bu barədə Lvov Administrasiyasının rəhbəri Maksim Kozitski məlumat verib.

Lvov şəhəri və vilayətinə endirilən raket zərbələri nəticəsində ölən və xəsarət alanların olub-olmadığı araşdırılır.

Bundan başqa Vinnitsa vilayəti ərazisinə də raket zərbələri endirilib, güclü partlayışlar qeydə alınıb. Dnepropetrovsk vilayətinə isə edilən raket hücumları havada zərərsizləşdirilib.
Bu xəbər oxucular tərəfindən 4116 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed