04.05.2022 [10:36] - Gündəm, Mədəniyyət
AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinin Etnoqrafiya fondunun zəngin geyim kolleksiyasında Qarabağ xanı İbrahimxəlil xanın (1763-1797) ailəsinə məxsus çəpkən qorunur.
Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, 1954-cü ildə muzeyə verilmiş geyim nümunəsi İbrahimxəlil xanın nəticəsinin həyat yoldaşına məxsus olub. Çəpkən sarı rəngli gül təsvirlərindən ibarət zərxara materialdandır. Kənarları bafta ilə tikilib. Üzərində qırmızı, narıncı, yaşıl saplarla gül təsvirləri salınıb. Astarı bənövşəyi rəngli qanovuz parçadandır.
Astarlı üst geyimi olan çəpkənlər əsasən tirmə, məxmər, zərxara kimi parçalardan tikilirdi. Bəzi hallarda iqtisadi durumdan asılı olaraq pambıq və digər daha ucuz başa gələn parçalardan da istifadə edilirdi. Çəpkənlərin qollarının atmaqollu olması onlara xüsusi əzəmətli görünüş verirdi. Çəpkənlər düz biçilsə də, bel hissəsində hər iki tərəfdən çıxıntı qoyulurdu.

Bu xəbər oxucular tərəfindən 2020 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |