Şrift:
FRANSIZ ƏTİRLƏRİ VƏRƏM XƏSTƏLİYİ YARADIR
20.09.2011 [12:52] - Sağlıq
Bu mövzuya toxunmaqla heç də Fransa siyasətçilərinin ermənipərəst mövqeyi ilə erməni separatçılarına dəstək durmasını, Türklərə qarşı qeyi-sağlam mövqeyindən danışmaq istəmirik. Söhbət fransızlara məxsus ətirlərdən gedir. Biz, sizə bir dəfə yaxaya düşməklə, “yaxadan yapışan” və insanı özünün aurasına alıb, nəfəsilə ciyərə daxil olub, orada vərəm xəstəliyi, astmanı yaratmaq ehtimalının nə dərəcədə real olduğundan danışacağıq. “Fransızlar”ı da hava ilə reaktiv surətdə yayıla bilən “toz”lar sırasına daxil etmək olar. Fərq, yalnız onun ətrindədir.

Oncə məsələyə cəmiyyətin sosioloji baxışı nöqteyi-nəzərindən yanaşaq.
Fransız ətirlərinin əhəmiyyəti barədə ayrı-ayrı mütəxəssislər, ekspertlər tərəfindən “ətirdən vərəmə doğru” həyəcanlı rəylərinin mahiyyətinə varmaq və bu kimi “estetik” bəlanın Azərbaycan cəmiyyətinə sırınmasının məqsədlərini arayıb-araşdırmaq üçün balaca bir jurnalist eksperimenti aparmaq qərarına gəldik. Öncə bəhs edilən “fransız bəlası”nın qadınlarımızın zövqünü necə oxşaya bildiyini müzakirə etmək istədik. Bir neçə parfumeriya satışı ilə məşğul olan yerlərdə “fransızlar”ın ucuz qiymətə satıldığının şahidi olduq. Aydın məsələdir ki, bəyənilib seçilən “fransızlar”ın stilinə uyğun olaraq görkəmlərinin uzun, nazik, şüşə qablarda yerləşdirilməsi və uzun müddət ətrini saxlama xüsusiyyətlərinə malik olması, diqqəti cəlb edir. Qadınlar, eləcə də kişilər arasında sadəcə fransız sözünə aludə olanlar da var. İmkanı olmayan qadınlar qiyməti 0,6 qəpiyə olan bu ətirləri çox zövqlə alırlar desək, yanılmarıq. Gəzdiyimiz yerlərdə bu ətirlərin daha çox satılması, sorğumuz nəticəsində məhz bu ətirlərə göstərilən maraq “fransız”ların sevildiyini göstərir. Maraqlı burasıdır ki, çox alıcı məhz istifadə edib bəyəndiyinə görə yox, sadəcə adının marka olduğuna görə bu ətirlərə meyl edir. Sadəcə adını eşidib ki, bu da “fransızlar”ın ətrafındakı təbliğatın çox gözəl qurulduğuna dəlalət edir. Hətta bəzən qadınlar sadəcə fransız sözü ilə kifayətlənir. Evdar qadın Rəna xanım kimi. “Nəyə görə məhz bu ətirləri almaq istəyirsiz?” sualına o, “hamı deyir ki, bu yaxşıdır, ətri çox qalır” cavabını verdi.
Sıradan bir həyat yaşayan qadının bu fikirdə olması təbii ki, başadüşüləndir. Çünki istehlakçısına çevrildiyi aləmin dərinliyinə varmaq onun işi deyil. Ancaq günlərlə çiyinlərində “yaxşı qalan” ətrin mənfi fəsadlarından xəbərdardımı? Aydınlıq üçün müqayisə aparaq:
Son vaxtlar yer üzündəki virusların əsas ocaqlarını göstərən alimlər xəstəliklərin yaranmasını həmin məkanların atmosferası, təbiəti, ekologiyası ilə birbaşa əlaqələndirir.Vaxtilə Sumqayıt şəhərinin zəhərli havası bu sırada ən məşhurlar sırasında idi. Təbii ki, ordakı zavodların havanı zəhərləməsi sumqayıtlılar üçün bir çox xəstəlikləri, dəri-zöhrəvi, astma və digərləri tipik idi. İsti rayonlarda malyariya kimi xəstəliklərin yaranması sirr deyil. Hamıya bəllidir ki, dağlıq ərazilərdə yaşayan insanlar çoxömürlü, dəriləri şümal və təravətli olur. Şəhərdə yeni yaranan bir çox xəstəliklərin səbəblərini həkimlər nəqliyyatın sıxlığı ilə yaranmış tozlarla havaya sovrulan mikroblarla əlaqələndirirlər. Demək, xəstəliklər atmosfer vasitəsilə ağıza keçən, gözlə görünməyən neqativ mikroblar vasitəsilə yaranır.
Başqa bir misal çəkək: Əgər hər hansı bitki, çiçəyin ətri, tutaq ki, nərgizi, laləni və bu tip sevdiyimiz gül-çiçəklərin ətirləri orqanizmdə natamamlıq yarada bilirsə, deməli, süni yaradılan ətirlərin də əks təsirindən ehtiyatlı olmağa dəyər. Nərgizi iylərkən başınızın ağrıdığına diqqət etmisinizmi? Bu sadəcə misallardan biridir. Halbuki, belə misallar onlarladır.
Belə bir deyimi unutmayaq: hər şey gözəlliyindən, qiymətindən, əhəmiyyətindən asılı olmayaraq artıq dərəcədə olanda zərərlidir.
Parfumeriyamıza daxil olan ətirlərlə bağlı apardığımız sorğu zamanı rastlaşdığımız maraqlı nüanslardan biri də qadınların hansısa pudranın, pomadanın, tuşun və s, makiyaj vasitələrinin, ənlik-kirşanların onlarda hansısa allergik reaksiyalar yaratması ilə bağlı narahatlıqdır. Qeyd edək ki, ətirlər də bu xüsusiyyətə malikdir.
Belə bir məqam var, hər bir məhsulun ətrafında onun nə dərəcədə xeyrli və ya ziyanlı olması istehlak bazarında müzakirəyə çıxarılır. Qəribədir ki, ətirlər toxunulmaz qalır. Hardasa başadüşüləndir. O, estetik “qalxan”ı ilə qarşısına çıxan bu maneə ilə öz arasında sədd yaradır. Sadə, gözəl, ətir saçan obrazı onu toxunulmaz edir. Mütəxəssislər ətirləri insanın daxilini damla-damla məhv etməyə qadir olan “şirin zəhər” də adlandırırlar. Hazırda bu missiyanı daha çox fransız ətirləri məharətlə həyata keçirir.
Bu ətirlərin ciyər xəstəlikləri yaratması bir çox ekspertlər tərəfindən təsdiq olunub. Sizinlə birlikdə ətrafımızda görüb əhəmiyyət vermədiyimiz proseslərə mütəxəssis prizmasından da yanaşmaq istəyirik ki, məsələnin üstündən “boş şeydir” deyib keçməyəsiniz. Onu da qeyd edək ki, bunu “gözəllik qurban tələb edir” aforizmi ilə də qətiyyən səhv salmaq olmaz.
Mərkəzi vərəm dispanserinin baş həkimi Yavər Şıxəliyevlə söhbətimizdə bu bir daha təsdiqini tapdı. Həkim qoyulan problemin ətrafında yalnız laborator analizlər aparılandan sonra konkret fikrin bildirilməsini məqsədəuyğun sayaraq, fransız ətirlərinin vərəm yaratması haqqında dəqiq fikir bildirmədi. Buna baxmayaraq o, yuxarıda göstərdiyimiz halların məntiqinə əsaslanaraq həmin ətirlərin astma xəstəliyi yaratdığını dedi.
Göründüyü kimi, tipindən asılı olmayaraq fransız ətirləri xəstəlik yaradır və onun daha ağırlaşdırıcı formalara keçməsi qaçılmazdır.
Gözəgörünməyən proseslərin sonunda hansı ziyanlı proseslərin getməsindən asılı olmayaraq, hazırda bəyənilən bir sıra ətirlər var ki, qoxusu ilə alıcını cəlb etməkdədir. Bunların bir neçəsinin adını sizə təqdim edib demək istəyirəm ki...
Christian Dior
Clarins
Drakkar Noir
Fahrenheit
Lancome
Lavendar Harvest
Polo
Raiph Lauren
L,Oreal
Biotherm
Maybelline
Vichy
Decleor (Paris)
Bourjois (Paris)
...bunlarla bağlı laborator analizə ehtiyac var. Artıq dünyanın bir neçə kimya şirkətləri və tibb müəssisələri qatı iyə malik fransız ətirlərinin yaratdığı xəstəliklərlə bağlı həyəcan təbili çalırlar. Fransız ətirləri dəridə uzun müddət qaldığı kimi ciyərlərə də “yapışıb qalmağı bacarır.”(!!!) bundan sonra artıq şərhə ehtiyac qalmamalıdır.

P.S. Şəriət qaydaları ilə bu məhsullardan istifadə haramdır!

Arzu
Bu xəbər oxucular tərəfindən 2958 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed