Şrift:
Çində binanın çökməsi nəticəsində ölənlərin sayı 53-ə çatıb
06.05.2022 [09:17] - Gündəm, Hadisə
Çinin Çanşa şəhərində çökən binada axtarış işləri başa çatıb. Dağıntılar altında qaldığı güman olunan 53 nəfərin meyiti tapılıb.

Şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, mayın 6-da gecə saat 3 radələrində itkin düşənlərdən sonuncu şəxsin meyiti tapıldıqdan sonra axtarış əməliyyatı dayandırılıb. Beləliklə, indiyədək dağıntı altından 10 nəfər xilas edilib, 53 nəfərin meyiti aşkarlanıb. Sonuncu olaraq qəzadan 132 saat sonra qadın xilas edilib.

Qeyd edək ki, aprelin 29-da günorta saatlarında Çanşa şəhərində səkkizmərtəbəli bina çöküb. 2012-ci ildə inşa edilmiş və müvafiq icazə olmadan 2018-ci ildə daha 2 mərtəbə artırılan binanın birinci mərtəbəsi mağaza, ikinci və üçüncü mərtəbələri kafe və restoran, sonrakı mərtəbələri isə yaşayış sahəsi kimi istifadə olunub. Hələlik qəzanın dəqiq səbəbləri bilinməsə də, binanın konstruksiyasında aparılan dəyişikliklərin qəzaya səbəb olduğu güman edilir. Polis hadisə ilə əlaqədar binanın sahibi, onu dizayn və inşa edənlər, habelə mühəndis işlərini təftiş etmiş özəl şirkətin əməkdaşları də daxil olmaqla 9 nəfəri saxlayıb. Onlar inşaat qaydalarını pozmaqda, tikintinin keyfiyyətinə dair saxta qiymətləndirmələr verməkdə şübhəli bilinir.
Bu xəbər oxucular tərəfindən 4065 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed