10.05.2022 [09:53] - Xəbərlər, Mədəniyyət
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Ankarada konsert proqramı təqdim olunub.
Azərbaycanın Türkiyədəki Səfirliyinin təşkilatçılığı ilə mayın 9-da reallaşan konsertdən əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım çıxışlarında ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, Ulu Öndərimizin xilaskarlıq missiyasından, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələrdən bəhs ediblər. Diqqətə çatdırılıb ki, qardaş ölkələr arasında əlaqələr hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə dinamik inkişafdadır. Heydər Əliyevin müəyyən etdiyi birgə inkişaf strategiyası müttəfiqlik səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətlərinə tarixi töhfələr verib.
Proqramda Azərbaycanın Əməkdar artisti Turan Manafzadənin dirijorluğu ilə onun təsis etdiyi “Turan” orkestri Azərbaycan və dünya bəstəkarlarının əsərini ifa edib.
Türkiyə Prezident Administrasiyasının Simfonik Orkestr Konsert Salonunda keçirilən tədbirdə rəsmi şəxslər, Azərbaycan və Türkiyədən olan deputatlar, Ankarada fəaliyyət göstərən səfirlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri iştirak ediblər.
Konsertdən sonra ulu öndər Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxış olub.

Bu xəbər oxucular tərəfindən 2137 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |