10.05.2022 [09:58] - Gündəm, İslam dini
İşğaldan azad olunmuş bir çox ərazilərimizdə, həmçinin bu gün Kəlbəcərdə Xudavəng monastır kompleksini ziyarət etdik. Kəlbəcərdə 35-dən çox ibadət yerləri var. Bizdə çalışırıq ki, bütün bayramlarda və müqəddəs günlərdə o yerlərə gedib dualar edək, şamlar yandıraq.
Bu fikirləri müsahibəsində Alban-Udin Xristian İcmasının sədr müavini Rafik Danakari deyib.
“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra etnik azlıq olaraq udilər öz bayramlarını və adət-ənənələrini geniş şəkildə qeyd edirlər. Udilər uzun müddət idi ki, Xudavəng monastırını ziyarət edə bilmirdilər. Ordumuz torpaqlarımızı işğaldan azad etdikdən sonra biz bura və digər müqəddəs yerlərə gedib ziyarətimizi edə bilirik. Buna görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Burada şəhidlərimizin ruhuna dualar oxuduq. Qazilərimizə Uca Tanrıdan cansağlığı dilədik. Allah ordumuzu və dövlətimizi qorusun,”- deyə Rafik Danakari bildirib

Bu xəbər oxucular tərəfindən 8421 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |