Şrift:
Şimon Peres: “Müzakirələr nəticəsiz qalarsa, Obama İrana qarşı hərbi gücdən istifadə edəcək”
12.01.2013 [10:55] - Güney Azərbaycan xəbərləri
İsrailin baş naziri Benyamin Netanyahunun İrana hərbi müdaxilə etməsinə qarşı çıxan prezident Şimon Peres müzakirələr nəticəsiz qalarsa, belə bir hücumu ABŞ-ın reallaşdıracağını bildirib.Bu barədə “The New York Times” qəzeti yazıb. Ş. Peres deyib ki, işə atəş açmaqla başlamayacaqlar: “Hər cür variantı sınayacağıq. Sanksiyalar, siyasi təzyiqlər, müzakirələr, yəni mümkün olan hər şeyi edəcəyik. Amma işə yaramazsa, Barak Obama İrana qarşı hərbi gücdən istifadə edəcək. Mən buna əminəm”.
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed