Şrift:
Ali Çinar: “Təəssüf ki, Qarabağ məsələsində Amerika səssiz mövqe sərgiləyir”
12.01.2013 [11:07] - Gündəm, Siyasət
Ali Çinar: “Təəssüf ki, Qarabağ məsələsində Amerika səssiz mövqe sərgiləyir”
Amerikada fəaliyyət göstərən Türk-Amerika Dərnəkləri Federasiyasının başqanı Ali Çinarla müsahibəsi:

- Ali bəy, Amerika-Azərbaycan əlaqələrinin necə qiymətləndirirsiniz?

- Bu gün Amerika Azərbaycan əlaqələrinin inkişafı istənilən səviyyədədir. Bunu həm ticari-iqtisadi, həm də siyasi baxımından deyə bilərik. Amerikanın Qafqazlarda Azərbaycana verdiyi önəmi Konqresi və Senatda da görürük. Məsələn, Amerika şirkətlərinin və iş adamlarının Bakıya gəlib, investisiya qoyması buna ən gözəl örnəkdir. Hesab edirəm ki, bundan sonra da investisiya artımla davam edəcək.

- Bəs, Amerikadan Azərbaycan necə görünür?

- Əgər, bu sualınızda amerikalıları nəzərdə tutursunuzsa onlar Azərbaycanı o səviyyədə tanımırlar. Tanınmamalarının ən böyük səbəbilərindən biri də, amerikalıların dünya coğrafiyasına maraq göstərməmələri və bu istiqamətdə də öyrənmə mədəniyyətlərinin yüksək olmamasıdır.

Bununla yanaşı Azərbaycanın tanıdılması üçün ictimaiyyətlə iş birliyi qurmaq və reklamlara ağırlıq verilməlidir. Ayrıca olaraq, Amerikada media mənsublarını, siyasətçləri Azərbaycana dəvət etməklə, tanıdılmasına kömək olmaq olar və bu uğurlu effekt verər.

- Xüsusilə, Qarabağ məsələsinə baxış necədir?

- Təəssüf ki, Qarabağ məsələsində Amerika səssiz mövqe sərgiləyir. Xüsusən də erməni lobbisinin güclü təzyiqi ilə həm Tükiyəyə, həm də Azərbaycana səmimi davranmır.

Bununla yanaşı Amerikada fəaliyyət göstərən türk ölkələrinin lobbi təşkilatları əlindən gəldiyi qədər Qarabağın haqlı davasını doğru, düzgün və olduğu kimi çatdırmağa çalışırlar. Xüsusilə, Amerika konqresində bu mövzunun daha çox gündəmə gətirilməsi üçün çalışırıq. İnanıram ki, buna da nail olacağıq.

- Azərbaycan-türk diaspor təşkilatlarında birlik hiss olunurmu?

- Bu gün xaricdəki Azərbaycan-türk təşkilatları bir qanad kimi çalışırlar. Həmçinin, Amerikada fəaliyyət göstərən Azərbaycan-türk diaspor qurumları bir mövzuda eyni hərəkət edirlər.

Sözdə erməni soyqırımı, Xocalı faciəsi olmaq üzrə çox aksiyalar və kofransları ortaq həyata keçiririk. Azərbaycan Amerika Cəmiyyətinın sədri Tomris Azəri, Azərbaycan Amerika Konseyinin sədri Cavid Hüseynov olmaq üzrə Amerikadakı türk-azərbaycan diasporunun güclənməsi üçün birlikdə fəaliyyətlər edirik.

Buradan da bildirmək istəyirəm ki, gələcəkdə Azərbaycandan Amerikaya gələcək tələbələrin bizlərlə əlaqə qurmalarını arzulayırıq. Gənclərin potensialı böyükdür və bu potensial işlərimizin güclənməsinə təkan verə bilər.

- Erməni lobbisinin Amerikanın siyasi dairələrinə təsiri imkanlar hansı səviyyədədir?

- Erməni lobbisi güclüdür. Çünki buna əsas səbəb ermənilərin Amerikaya bizlərdən əvvəl köç etmələridir. Ayrıca maddi olaraqda, daha çox investisiya həyata keçirməkdədirlər. Erməni diasporu bu işi bir nifrətə, bir pullu sahəyə çevirmiş vəziyyətdədir.

Bu səbəblə ermənilər hər nə qədər güclü görünsələrdə, son illərdəki türk-azərbaycan diaspor qurumlarının müqaviməti görünməkdədir. Qarabağda erməni təcavüzünə son qoyulana qədər və türk dünyası haqlı davasını qazanacan birlik fəaliyyətlər davam edəcək.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1046 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed