11.05.2022 [09:47] - Xəbərlər, Siyasət
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günü İtaliya Parlamentində Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Assosiasiyasının və ölkəmizin İtaliyadakı səfirliyinin təşəbbüsü ilə İtaliya Deputatlar Palatasının “Salvadori” zalında “Azərbaycan-İtaliya: çoxölçülü strateji tərəfdaşlığa aparan yol” adlı konfrans keçirilib.
Çoxsaylı parlamentarilərin, diplomatik korpusun, kütləvi informasiya vasitələrinin, akademik çevrələrin nümayəndələrinin iştirak etdiyi konfransı giriş sözü ilə Azərbaycan-İtaliya Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldi açıb.
Bundan sonra 30 il ərzində Azərbaycan-İtaliya münasibətləri tarixində baş vermiş əsas hadisələrə dair videoçarx nümayiş etdirilib. Videoçarxda ümummilli lider Heydər Əliyevin 1997-ci ildə İtaliyaya tarixi rəsmi səfəri, Prezident İlham Əliyevin İtaliyaya dövlət, rəsmi və işgüzar səfərləri, Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri, habelə İtaliya Respublikasının Prezidentinin, Senat sədrinin, Baş nazirin və digər rəsmi şəxslərinin Azərbaycana səfərləri ilə bağlı məqamlar əks olunub.
Videoçarxın nümayişindən sonra konfransda İtaliya Deputatlar Palatasının vitse-spikeri Ettore Rosato, İtaliya Ekoloji Keçid Nazirliyinin dövlət katibi Vannia Gava, İtaliya Parlamentində Azərbaycan-İtaliya Parlamentlərarsı Dostluq Qrupunun sədri, senator Stefano Luçidi, Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Azər Kərimli, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış ediblər.
Otuz illiyi qeyd olunan Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərə dair belə bir konfransın məhz Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycanın memarı Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə təsadüf etməsinin böyük rəmzi məna daşıdığı bildirilib. Azərbaycanın müstəqil, müasir və bölgənin güclü dövlətinə çevrilməsinin, habelə bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan və İtaliya arasındakı münasibətlərin qurulmasının əsasında ulu öndər Heydər Əliyevin strategiyasının dayandığı vurğulanıb.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi iştirakçılar tərəfindən bir dəqiqəlik sükutla yad olunub.
Natiqlər Azərbaycanda dövlətçiliyin və İtaliya ilə mövcud yüksək səviyyəli münasibətlərin əsasının qoyulmasında ulu öndər Heydər Əliyevin xüsusi rolunu qeyd ediblər. Ümummilli Liderin 1997-ci ildə İtaliyaya rəsmi səfəri vaxtı iki ölkə arasında siyasi-institusional dialoqun başlanmasına və imzalanmış sənədlərin siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığın inkişafına gətirib çıxardığı vurğulanıb. Həmin səfərin ardınca İtaliya ilə Azərbaycan arasında münasibətlərin daim yüksələn xətt üzrə inkişaf etdiyini, bunun çoxsaylı ikitərəfli səfərlərdə öz əksini tapdığı bildirilib. Bu xüsusda, 2018-ci ildə Prezident Sercio Mattarellanın Azərbaycana dövlət səfəri, 2020-ci ildə Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri xüsusi olaraq xatırlanıb. 2014-cü ildə qəbul edilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə ilə münasibətlərin strateji tərəfdaşlıq, 2020-ci ildə imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə ilə münasibətlərin daha yüksək, çoxölçülü tərəfdaşlıq səviyyəsinə qalxdığı vurğulanıb. Habelə İtaliya Xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun Bakıya son səfəri vaxtı iki ölkə arasında Strateji Dialoqun birinci iclasının keçirilməsini və iclasın protokolunun imzalanmasını çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsində mühüm nailiyyət kimi qiymətləndirilib.
Çıxış edənlər strateji tərəfdaşlığın bünövrəsində möhkəm iqtisadi əməkdaşlığın dayandığını, xüsusilə enerji sektorunda mükəmməl əlaqələrin mövcud olduğunu, TAP təbii qaz boru kəmərinin istismara verilməsindən sonra etibarlı enerji təchizatçısı kimi Azərbaycanın İtaliya üçün strateji önəminin daha da artdığını bildiriblər.
Natiqlər münasibətlərin mühüm istiqamətlərindən biri kimi humanitar sahədə həyata keçirilən intensiv mübadilələrdən, bu xüsusda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun mühüm rolundan bəhs ediblər. Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılmasının yalnız akademik sahədə əməkdaşlığa deyil, ümumilikdə çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə böyük töhfə verəcəyi vurğulanıb.
Tədbirdə parlamentlərarası əməkdaşlığın, bu xüsusda parlament rəhbərlərinin, komissiya sədrlərinin, dostluq assosiasiyası və qruplarının heyətlərinin səfərlərinin iki ölkə arasında münasibətləri zənginləşdirdiyi də qeyd olunub. Vətən müharibəsindən dərhal sonra Avropa ölkələrindən ilk dəfə məhz İtaliyadan parlament və hökumət nümayəndə heyətlərinin Azərbaycana, o cümlədən işğaldan azad olunmuş ərazilərimizə səfərlərinin iki ölkə arasında dostluğun bariz nümunəsi olduğunu, azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə İtaliya şirkətlərinin cəlb olunmasının münasibətlərimizdə yüksək etimadın göstəricisi olduğunu bildirilib.

Bu xəbər oxucular tərəfindən 873 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |